Arxiv
21 Noyabr 2019, 23:19 | AKTUAL
Yeni Açıq Hökumət Fəaliyyət Planı müzakirə edildi

“Yeni Açıq Hökumət Fəaliyyət Planı: vətəndaş cəmiyyətinin baxışı” mövzusunda dəyirmi masa keçirilib.

Modern.az  xəbər verir ki, dəyirmi masa “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin Azərbaycan Açıq Hökumət Platforması ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatların aparılması və tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində baş tutub.

Tədbirdə vətəndaş cəmiyyətinin və dövlət qurumlarının təmsilçiləri 2020-2022-ci illəri əhatə etməsi nəzərdə tutulan yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı ilə bağlı təklifləri müzakirə ediblər.

Layihə eksperti Zaur İbrahimli qeyd edib ki, Azərbaycan 2011-ci ildən Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə üzv olub. Hazırda Təşəbbüsə 79 ölkə qoşulub, son səkkiz ildə 100 ikiillik Fəaliyyət Planı qəbul edilib, 3800 öhdəlik müəyyən olunub. 2019-cu ildə 49 ölkədə Açıq Hökumət planları hazırlanır. Azərbaycanda da 2020-2022-ci illəri əhatə edəcək yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı müzakirələr başlayıb. Bu məqsədlə Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının əlaqələndirici qurum kimi çıxış etdiyi dövlət orqanları və QHT təmsilçilərindən ibarət İşçi Qrup yaradılıb. İşçi Qrup 2018-ci ildə müzakirələrə başlayıb, 2019-cu ildə irəli sürülən təkliflərə baxılıb.

Azərbaycan Açıq Hökumət Platforması ilə birlikdə vətəndaş cəmiyyəti institutları da müzakirələrdə fəal iştirak ediblər. Hazırda 2020-2022-ci illəri əhatə edəcək yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı layihəsində ilkin olaraq elektron hökumətin inkişafı və elektron xidmətlətin genişləndirilməsi, təkmilləşdirilməsi, dövlət qulluğunda şəffaflığın gücləndirilməsi, dövlət satınalmalarının təkmilləşdirilməsi, maliyyə, təhsil, səhiyyə sahələrində şəffaflığın artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə tədbirləri nəzərdə tutulur.

Z.İbrahimli layihə çərçivəsində Açıq Hökumət Platforması tərəfindən hazırlanan təklifləri təqdim edib.

Müzakirələrdə irəli sürülən təkliflərlə bağlı fikir mübadiləsi aparılıb, yeni təkliflər irəli sürülüb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəmkirçay su anbarında batan şəxs axtarılır 4 İyul 2020, 16:50 İcazəsiz istirahətə gəldilər, cərimə olundular - FOTO 4 İyul 2020, 16:24 İranda virusa yoluxanların sayı 250 minə yaxınlaşır 4 İyul 2020, 16:16 İsmayıllıda yığıncaq təşkil edən ata və 10 qonağı cərimələndi 4 İyul 2020, 15:59 Paytaxtda yük maşını piyadanı vurub öldürdü 4 İyul 2020, 15:49 AQTA maarifləndirir: Qablaşdırılma materialları qidaya necə təsir göstərir? 4 İyul 2020, 15:38 Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04 Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib  4 İyul 2020, 12:00 Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını  ciddi təhlükə altında qoyur 4 İyul 2020, 11:57 Dollar yağışı 4 İyul 2020, 11:55 Bakı meriyasından koronavirus AÇIQLAMASI: “Əməkdaşlar arasında…” 4 İyul 2020, 11:47 UNEC brendi Estoniyada da tanındı 4 İyul 2020, 11:43 Daha 3 ölkədə “Formula 1” yarışları ləğv oluna bilər 4 İyul 2020, 11:37 Ermənistanda koronavirusa yoluxanların sayı 30 minə yaxınlaşır 4 İyul 2020, 11:32 Azərbaycana gələn 3 həkim geri qayıdıb, 19-u karantinə alınıb 4 İyul 2020, 11:25 Paşinyanın komandasının keçmiş üzvü: “Ermənistanı vətəndaş müharibəsi gözləyir” 4 İyul 2020, 11:12 Xətaidə qanunsuz kafe işlədən şəxs 2 min manat cərimələndi 4 İyul 2020, 10:57 Daxili İşlər Nazirliyinin əməkdaşlarının məzuniyyəti təxirə salınıb? 4 İyul 2020, 10:56 Parisdə yanğın - ölən var 4 İyul 2020, 10:43