Arxiv
22 Noyabr 2019, 16:02 | AKTUAL
BMU ilə Polis Akademiyası arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

 

Modern.az xəbər verir ki, BMU-nun rektoru, professor Havar Məmmədov qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranması, fəaliyyət istiqamətləri və universitetdə mövcud olan fakültələr haqqında məlumat verib. Rektor spesifik sahə üzrə yeganə təhsil ocağı olan Polis Akademiyası ilə görüşün əhəmiyyətindən bəhs edib və bu ildən akademiyada “İnformasiya təhlükəsizliyi” ixtisasının tədrisinə başlanılmasını yüksək qiymətləndirib. Eyni zamanda, rektor iki təhsil ocağı arasında mümkün əməkdaşlıq istiqamətlərinə toxunub, informasiya təhlükəsizliyi, kibercinayətkarlıqla mübarizə sahələrində nəzəri biliklərin artırılması məqsədilə mütəxəssislər hazırlayan ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

 

Polis Akademiyasının rəisi Nazim Əliyev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti və strukturu haqqında ətraflı danışıb. BMU ilə Polis Akademiyası arasında əlaqələrin vacibliyini önə çəkən N.Əliyev kompüter mühəndisliyi və proqramlaşma biliklərinə malik olan mütəxəssislərə ehtiyac olduğunu bildirib, dövlətimizə xidmət edən mütəxəssislərin informasiya təhlükəsizliyi sahəsində biliklərinin daha da artırılmasının vacibliyini nəzərə çatdırıb. BMU-nun informasiya texnologiyaları sahəsində yüksək maddi-texniki bazaya, kadr potensialına malik olduğunu da qeyd edən N.Əliyev birgə əməkdaşlığın önəmini vurğulayıb. 

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.

 

Sonra BMU-nun Sistem mühəndisliyi ixtisasında təhsil alan III kurs tələbələri “Süni intellekt nədir?”,  “OpenCv və tətbiq sahələri”, “Üz və emosiyanın tanınması” mövzularında, eləcə də kibercinayətkarlığın qarşısının alınması üçün tətbiq olunan proqramlarla bağlı təqdimatla çıxış ediblər. 

 

Daha sonra BMU ilə Polis Akademiyası arasında təhsil və elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədilə saziş imzalanıb.

 

Sənəddə tərəflərin tələbə və professor-müəllim heyəti üçün təhsil və elmi-tədqiqat, eləcə də mədəniyyət sahəsində təcrübə mübadiləsinin aparılması üçün mövcud imkanlara dəstək verilməsi öz əksini tapıb. Belə ki, sazişə uyğun olaraq, təlim prosesi və elmi-tədqiqat fəaliyyətlərini təmin etmək üçün məlumat mübadiləsi həyata keçiriləcək, birgə görüşlər, simpoziumlar, seminarlar, konfranslar və digər tədbirlər təşkil olunacaq. Bundan başqa, akademik elmi-tədqiqat və digər sahələrdə layihələrin, tədris proqramlarının (bakalavriat, magistratura və PhD üzrə) hazırlanması və həyata keçirilməsi məqsədilə əməkdaşlığın aparılması, PhD sahəsində təhsil alan tələbələrin fəaliyyətinə birgə elmi rəhbərlik edilməsi də nəzərdə tutulub. 

 

İmzalanma mərasimindən sonra qonaqlar universitetdə fəaliyyət göstərən İKT və Kompüter laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olublar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 23:05 İran vurulan təyyarənin qara qutularını Ukraynaya göndərəcək 18 Yanvar 2020, 22:46 Liviyada  limanlar  Haftarın əlinə keçdi 18 Yanvar 2020, 22:34 Bakıda gənci döyüb xəstəxanalıq etdilər 18 Yanvar 2020, 22:17 İndoneziyada güclü zəlzələ 18 Yanvar 2020, 22:05 Aksiyada 30-dan çox etirazçı saxlanıldı 18 Yanvar 2020, 21:43 Azay Quliyev məhəllələrdə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 21:24 AFFA-nın İcraiyyə Komitəsinə namizədlər bəlli oldu 18 Yanvar 2020, 21:11 Seçicilər Vüqar Bayramovu böyük coşqu ilə qarşılayıb - FOTOLAR 18 Yanvar 2020, 20:57 Bakıda yeniyetmə yol qəzasının qurbanı olub 18 Yanvar 2020, 20:37 Fəzail Ağamalının seçicilərlə görüşü davam edir - FOTOLAR 18 Yanvar 2020, 20:14 İki gündə beş kənd - Ləman Ələşrəfqızı seçicilərlə görüşlərini davam etdirir 18 Yanvar 2020, 20:03 Musa Quliyev təbliğata Gəncənin müqəddəs yerlərini ziyarət etməklə başladı - FOTO 18 Yanvar 2020, 19:43 Deputatlığa namizəd Eldar Quliyev izdihamlı görüş keçirdi - FOTOLAR 18 Yanvar 2020, 19:20 Ceyhun Məmmədov Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüşdü - FOTO 18 Yanvar 2020, 19:00 İlham Əliyev məqalə YAZDI 18 Yanvar 2020, 18:46 İqbal Məmmədov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 18:35 Müəllimlərin işə qəbulunda YENİLİK 18 Yanvar 2020, 18:04 Naxçıvan sakini Göygöldə işlədiyi evdən oğurluq etdi 18 Yanvar 2020, 17:46 Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq ETDİ 18 Yanvar 2020, 17:42 Cavanşir Paşazadə seçicilərlə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 17:32 Azay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT - Video 18 Yanvar 2020, 17:22 Cəlilabadda narkoticlərə qarşı polis ƏMƏLİYYATI 18 Yanvar 2020, 17:13 Nazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq 18 Yanvar 2020, 17:02 Afət Telmanqızının həyat yoldaşı: “Bu cür xanımla həyatı bölüşmək çox asan olur” 18 Yanvar 2020, 16:50 15 yaşlı Gəncə sakini sükan arxasında öldü 18 Yanvar 2020, 16:37 Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI 18 Yanvar 2020, 16:13 Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI 18 Yanvar 2020, 15:55 Malik Həsənov seçiciləri ilə görüşüb - FOTOLAR 18 Yanvar 2020, 15:46 Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:24 Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti 18 Yanvar 2020, 15:17 Musa Qasımlı seçiciləri ilə görüşləri davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:01 Bakıda qadın narkotacir tutuldu - Ləqəbi  “Nazlı”dır 18 Yanvar 2020, 14:57 5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildi 18 Yanvar 2020, 14:52 “Azərenerji” və “Azərişıq” 20 yanvar faciəsini birgə andı 18 Yanvar 2020, 14:38
SORĞU Yeni parlamentdə kimlər olsun?