Modern.az

“Hər 3 namizəd Ombudsman olmağa layiqdir” - Hikmət Babaoğlu

“Hər 3 namizəd Ombudsman olmağa layiqdir” - Hikmət Babaoğlu

22 Noyabr 2019, 16:19

Milli Məclisin İnsan hüquqları komitəsi Ombudsman vəzifəsinə yeni namizədlərin müzakirəsini yekunlaşdırıb.

 

İclasda Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi müzakirə olunub.  



Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, hər 3 namizəd plenar iclasa tövsiyə olunub:

 

“Noyabrın 25-də 3 namizəddən biri Ombudsman seçiləcək. Milli Məclis bununla bağlı müvafiq qərar qəbul edəcək. Düşünürəm ki, hər 3 namizədin insan hüquqlarını dərindən bilməsi, hüquqşünas, qadın və gənc olması xüsusi göstəricilərdir. Hər 3 namizədin Azərbaycan Prezidentinin tövsiyəsi ilə təqdim olunması onların zəngin nailiyyətlər və hüquqi bilgiləri ilə bağlıdır. Hesab edirəm ki, hər 3 namizəd Ombudsman olmağa layiqdir. Azərbaycanda  insan hüquqlarının təmin olunmasında yeni keyfiyyət mərhələsi yarada biləcək təcrübəyə sahibdirlər”.

 

Qeyd edək ki, komitə müzakirəni yekunlaşdırandan sonra məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub. Plenar iclas noyabrın 25-də keçiriləcək.

 

 

Xatırladaq ki, hazırkı Ombudsman Elmira Süleymanovadır. 82 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 1 il öncə başa çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir