Modern.az

Daha bir jurnalist bələdiyyə üzvlüyünə NAMİZƏD OLDU

Daha bir jurnalist bələdiyyə üzvlüyünə NAMİZƏD OLDU

Media

22 Noyabr 2019, 16:30

Daha bir jurnalistin bələdiyyə üzvlüyünə namizədliyi təsdiqləndi.

Modern.az xəbər verir ki, Editor.az saytının baş redaktoru Fərid Şahbazlının da bələdiyyə seçkilərində namizədliyi təsdiqlənib. O, 22 saylı Nəsimi ikinci seçki dairəsindən Nəsimi bələdiyyəsi üzvlüyünə mübarizə aparacaq:

“Seçkilərə bitərəf namizəd kimi qatılsam da, əslində mənim tərəfim hər zaman olduğu kimi bəllidir. Mən Azərbaycan dövlətinin, xalqının və onun Başçısının milyonlarla sıravi əsgərindən biriyəm. Nəticədən asılı olmayaraq, maraqlı bir seçki prosesi üçün çalışacağıq. Allah utandırmasın!”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir