Arxiv
23 Noyabr 2019, 09:25 | ÖLKƏ
Deputat Elman Məmmədov Ata Abdullayev barədə: “Düşmənin qarşısında boynubükük durmaq...”

Özünü bloger kimi təqdim edən Ata Abdullayev adlı şəxsin İtaliyanın Milan şəhərində peyda olması, Ermənistanın baş naziri Nikol Paşinyanın kilsədə keçirdiyi tədbirə gedərək, ona bəsit suallar verməsi və Azərbaycanı biabır etməsi bir neçə gündür müzakirə mövzusudur. A.Abdullayev  kimlərin himayəsilə Azərbaycan adına bu hərəkəti edib? Bəzilərinin “uğur” kimi təqdim etməyə çalışdığı bu davranış böyük əksəriyyətin tənqidinə səbəb olub. Ata Abdullayev kimi hansı vəzifənin sahibi olduğu bilinməyən birinin hazırlıqsız şəkildə düşmən ölkənin rəhbərinin qarşısına çıxaraq yalvarması ölkənin Qarabağ siyasətinə kölgə salmırmı? Ata Abdullayev kimiləri əslində  Qarabağ məsələsindən istifadə etməklə öz piarını qurmağa çalışmırmı? 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Ata Abdullayev və onun kimilərinin özünü tanıtmaqdan başqa heç bir məqsədinin olmadığını vurğulayıb:

 

“Ata Abdullayevin çıxışının nəticəsi olmadığı üçün reklamdan başqa səciyyə daşımır. Qarabağın azadlığı üçün hər kəs öz imkanı çərçivəsində çalışmalı, müəyyən ölkələrdə təbliğat apararaq, ictimai rəy yaratmalıdır. Lakin bu cəhdlər özünü reklama çevrilməməli, birbaşa nəticəyə hesablanmalıdır. Çünki hər şey nəticəsinə görə dəyərləndirilir. Kimsə Avropaya gedib geniş xarici auditoriya qarşısında Qarabağla bağlı tədbir keçirirsə və ya işğalçı rejimdən Paşinyan və ya digər şəxsin qarşısına çıxıb tutarlı dəlil və faktlarla mövqe ortaya qoyursa, bu, bizim işimizin xeyrinədir. Lakin hazırlıq olmadan düşmən qarşısına çıxıb ona Azərbaycanı ittiham etmək üçün imkan vermək yalnız bizim ziyanımıza olacaq. Hər kəs bundan sonra bu məsələlərdə diqqətli olmalı, Qarabağ üçün müsbət istiqamətdə işlər görməlidir”.

 

Deputat Elman Məmmədov da A.Abdullayevin addımını pisləyib:

 

“Əvvala mən o adamı tanımıram. Ancaq onun atdığı addıma öz fikrimi bildirmək istəyirəm. Bizə qarşı soyqırımı törədib, qanımızı tökən, torpaqlarımızı işğal altında saxlayan bir millətlə xahiş-minnətlə, yalvarışla, mülayim danışmaq ayıbdır. Bu, bizə yaraşan mövqe deyil. O, Paşinyandan soruşur ki, bizim torpağı nə vaxt qaytaracaqsınız? Bu sualın özü düzgün qoyulmayıb. Azərbaycan gənci, Azərbaycan vətəndaşı “Biz torpaqlarımızı hərbi güclə düşməndən azad edəcəyik” fikrində olmalıdır. Düşmən heç vaxt danışıqla, xahişlə torpaq qaytarası deyil. Yəni bu yanlış mövqedir. Düşmən torpaqlarımızı işğal edib, oturub orada və torpaqlarımızı qaytarmaq fikrində deyil. Torpaqlarımızı yalnız Azərbaycan Ordusu xilas edəcək. Yəni kimsə fikirləşirsə ki, düşmən bizə nəyə görəsə torpaq qaytaracaq, bu, xəyaldır. Çünki bizim torpaqlar qətnamə ilə, qərarla işğal olunmayıb, silah gücü ilə işğal olunub. Və biz də torpaqlarımızı silah gücünə işğaldan azad etməliyik. Hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənclərimiz bu cür düşünməlidir ki, düşmənə qarşı barışmaz olmaq lazımdır, bizə soyqırım törədənə qarşı qisasçı mövqedə durmaq lazımdır. Düşmənin qarşısında boynubükük, başıaşağı, belə xəcalətli ondan nəyisə istəmək, bu, kişiliyə, insanlığa, Azərbaycan xalqına yaraşan sifət deyil. Azərbaycan xalqı mərd, cəzarətli, qəhrəman xalqdır. Və bu gün Azərbaycan xalqının güvəndiyi güclü Azərbaycan dövləti var. Bu dövlətin də güclü ordusu var. Bu ordu da torpaqlarımızı işğaldan azad edəcək!"

 

Elman Məmmədov hesab edir ki, A.Abdullayev kimiləri özünü reklamla məşğuldur:

 

"Belə görüşlərlə, belə suallarla, yalvarışlarla torpaq qaytarılan deyil. Nə qədər ki, torpaqlarımız işğal altındadır, nə qədər ki, ermənilər bizə qarşı düşmənçilik siyasətindən əl çəkmir, bizə onların heç biri ilə görüşmək yaraşmaz. Torpaqlarımızı azad etdikdən sonra fikirləşmək olar ki, bu yaramazlarla, bu murdarlarla qonşuluq, əməkdaşlıq etmək olar, yoxsa olmaz".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
100 yaşlı şair öz yubileyinə qatıldı - “Bu yaşıma baxmayaraq idman edirəm” 17 Yanvar 2020, 16:58 Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO   17 Yanvar 2020, 16:55 Bakı polisində yeni rəis TƏYİNATI 17 Yanvar 2020, 16:48 Dünya lideriləri Liviya üçün Berlinə TOPLAŞIR 17 Yanvar 2020, 16:43 “Hələ də uşağın başqasından olduğunu zənn edənlər var” - ginekoloq 17 Yanvar 2020, 16:38 Beynəlxalq müşahidəçilərin sayı artır 17 Yanvar 2020, 16:32 Nazir Kamran Əliyevi əvvəlki işinə qaytardı - Rüfət Quliyevə isə yüksək vəzifə verildi 17 Yanvar 2020, 16:26 ELDAR QULİYEV – MƏNİM MİLLƏT VƏKİLİM 17 Yanvar 2020, 16:20 UNEC-də 20 Yanvar şəhidləri anıldı 17 Yanvar 2020, 16:14 Yol polisi Qubada gücləndirilmiş rejimdə çalışır 17 Yanvar 2020, 16:07 Çingiz Qənizadə görüşlərini davam etdirir - Fotolar 17 Yanvar 2020, 16:03 Məktəbi daha tez bitirmək istəyən 16 şagird imtahan verdi 17 Yanvar 2020, 16:02 BMU-da 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub 17 Yanvar 2020, 15:56 Rövzət Qasımovdan deputatlığa namizədlərə MÜRACİƏT 17 Yanvar 2020, 15:50 Hansı kafe-restoranlarda yemək yeyək? - Diqqətli olun! 17 Yanvar 2020, 15:45 “Nar” 4,5 G baza stansiyalarının sayını 60% artırıb 17 Yanvar 2020, 15:38 Ermənistanda daha bir eks-nazir müəmmalı şəkildə ÖLDÜ 17 Yanvar 2020, 15:32 MSK DSK-nın qərarını ləğv edib 17 Yanvar 2020, 15:26 İdarə rəisi: “Bakıda 57 cinayətkar qrup ifşa olunub” 17 Yanvar 2020, 15:20 Ceyhun Bayramov olimpiada qalibləri ilə görüşdü - Fotolar 17 Yanvar 2020, 15:13 Yeni və sabiq baş nazirlər təkbətək görüş keçirdilər 17 Yanvar 2020, 15:07 Ülvi Quliyev təbliğat və təşviqat kampaniyasına start verdi - FOTOLAR 17 Yanvar 2020, 15:04 Lənkəranın Osakücə kəndində səyyar qəbul keçirilib - FOTO 17 Yanvar 2020, 15:01 Məzahir Pənahovdan deputatlığa namizədlərə ÇAĞIRIŞ 17 Yanvar 2020, 14:56 Xaricdəki Azərbaycan evlərinin sayı artır 17 Yanvar 2020, 14:50 Prezident Administrasiyasının məsul işçiləri Daşkəsəndə vətəndaşları qəbul ediblər - FOTO 17 Yanvar 2020, 14:45 MSK jurnalistin namizədliyini qeydə almaqdan İMTİNA ETDİ 17 Yanvar 2020, 14:40 Dönər satışına nəzarət edəcək qurum YARADILIR 17 Yanvar 2020, 14:33 YAP Daşkəsən rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib 17 Yanvar 2020, 14:30 Bakıda bəzi avtobusların marşrut xətti dəyişdirilir - SİYAHI 17 Yanvar 2020, 14:26 Baş nazir və spikeri güllələyən şəxs Paşinyana YAZDI 17 Yanvar 2020, 14:20 Zakir Həsənov Anjey Kaspşik ilə təmas xəttindəki vəziyyəti müzakirə etdi 17 Yanvar 2020, 14:14 Gürcüstanda Azərbaycan vətəndaşı həbs olundu 17 Yanvar 2020, 14:09 YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ 17 Yanvar 2020, 14:03 Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər SAXLANILDI 17 Yanvar 2020, 13:57
SORĞU Yeni parlamentdə kimlər olsun?