Arxiv
2 Dekabr 2019, 11:44 | PARLAMENT
“Xalq, insanlar bizi təkrar istəməlidir” - Bitərəf deputatların növbədənkənar seçkilərlə bağlı MÖVQEYİ

Milli Məclis özünü buraxmağa hazırlaşır. Parlamentin bugünkü iclasının gündəliyinə bir məsələ daxildir: Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi...


Xatırladaq ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlar adından Milli Məclisin buraxılması ilə bağlı müraciət qəbul olunub.

68 nəfər YAP-çı deputatın təşəbbüsünə  daha sonra müstəqil deputatlar da dəstək verib.

Maraqlıdır, bitərəf deputatlar növbədənkənar seçkilərdə öz namizədliyini irəli sürəcəklər?

Modern.az Milli Məclisin bitərəf üzvlərindən bəzilərinin məsələyə münasibətini öyrənib.


Deputat Rasim Musabəyov
tam götür-qoy edəndən sonra namizədliyini irəli sürmək haqqında qərar verəcəyini bildirib:


“Milli Məclis də cəmiyyətin bir hissəsidir, onun buraxılmasına yanaşmalar müxtəlif ola bilər. Ola bilsin ki, parlamentdə bir çoxları hazırkı dövrdən geriyə qalıblar, yeniləşməyə ehtiyac var. Sadəcə olaraq, Məclisin buraxılması onsuz da payızda baş verəcəkdi, bu prosesin yarım il qabağa keçirilməsi gərək izah olunardı. Demək ki, parlament ya indiki islahatları ləngidir, ya da mürtəcedir. Seçkilərin tezləşdirilməsində geopolitik amillər də ola bilər ki, məsələn, yayda-yazda bölgədə vəziyyətin gərginləşməsindən ehtiyalanırlar. Bir çox ölkələrdə, Böyük Britaniya, İsraildə seçkilərin vaxtını qabağa çəkməklə müəyyən uduş əldə etmək istəkləri olur və tamamilə normal qəbul edilir.Yəni bu məsələyə hər hansı damğa vurmaq olmaz, məncə ədalətli qərardır. Milli Məclis rəsmi şəkildə buraxıldıqdan və seçkilər elan olunduqdan sonra bilinəcək ki, kimlər gedir seçkilərə. Mənim də yaşım az deyil, artıq 69-u tamam edəcəm. Tam götür-qoy edəndən sonra namizədliyimi irəli sürmək haqqında qərarımı verəcəm”.   


Deputat Jalə Əliyeva
namizdəliyin irəli sürülməsinin arzudan doğan bir məsələ olmadığını bildirib:


“Ölkədə aparılan bütün islahatların, atılan addımların Azərbaycanın inkişafına xidmət etdiyi düşüncəsindəyəm. Son illərdə bütün sahələrdə həyata keçirilən fəaliyyətin bəhrəsini, uğurlu nəticəsini görürük. Bütün bu islahatlar qaçılmaz idi və ölkənin inkişafına istiqamətlənmişdi. Təbii olaraq Azərbaycan parlamenti də bu islahatlardan, inkişafdan geri qala bilməzdi.Yenilənmiş parlament, yeni düşüncə tərzi əlbəttə ki, ölkəmizin qanunvericliyinin daha da mükəmməlləşməsinə xidmət edəcək. Biz müstəqil deputatlar olaraq bu addımın atılmasını tamamilə dəstəkləyirik. Qərarın yeni ab-hava yeni nailiyyətlərin qazanılmasına da gətirib çıxaracaq deyə, düşünürəm. Namizədliyi irəli sürmək arzudan doğan bir məsələ deyil. Xalq, insanlar bizi təkrar istəməlidir. Əgər seçicilərim məni millət vəkili olaraq görərsə, sözsüz ki, namizədliyimi irəli sürəcəm”.


Deputat Madər Musayev
seçkilərin bir neçə ay əvvələ çəkilməsinin inkişafdan xəbər verdiyini bildirib:


“Hələ ki, Milli Məclisin buraxılması haqqında qərar rəsmi şəkildə təsdiqlənməyib, lakin istənilən halda bunun mənfi tərəflərinin olacağını zənn etmirəm. Yenidən namizədliyimi vermək haqqında düşünməmişəm, lakin qərar öz təsdiqini tapdıqdan sonra bu barədə fikirləşəcəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB 7 Avqust 2020, 22:32 Xəzərdə batan yeniyetmənin meyiti tapıldı 7 Avqust 2020, 22:13 Hacıqabulda SOCAR-a məxsus kəmərdə partlayış - YENİLƏNİB 7 Avqust 2020, 21:59 İri ticarət mərkəzləri bağlı qaldı   7 Avqust 2020, 21:47 Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ 7 Avqust 2020, 21:22 Karantin rayonlarına giriş-çıxışla bağlı YENİ QAYDALAR 7 Avqust 2020, 21:17 Baş Nazirdən 190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR 7 Avqust 2020, 21:01 10 avqustdan bu qadağalar götürülür - RƏSMİ 7 Avqust 2020, 20:51 SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edildi 7 Avqust 2020, 20:43 Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu 7 Avqust 2020, 20:28 “Qobu park-3”-ə köçkünlərin yerləşdirilməsi başa çatır 7 Avqust 2020, 20:16 Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO 7 Avqust 2020, 19:21 Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır 7 Avqust 2020, 19:13 Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək 7 Avqust 2020, 19:03 Saxta arayış satan baş həkim tutuldu 7 Avqust 2020, 18:44 Yol Polisi Bakını tərk etmək istəyən sürücülərə MÜRACİƏT ETDİ 7 Avqust 2020, 18:31 Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR 7 Avqust 2020, 18:27 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır 7 Avqust 2020, 18:18 Sabah qruplarına müəllim axtarılır 7 Avqust 2020, 18:15 Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı 7 Avqust 2020, 18:06 Bakı yollarında 2 kilometrlik tıxaclar yaranıb - FOTOLAR 7 Avqust 2020, 18:00 Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib 7 Avqust 2020, 17:55 Bu il yanğınlarda 23 nəfər həlak olub 7 Avqust 2020, 17:40 Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb 7 Avqust 2020, 17:35 Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi 7 Avqust 2020, 17:34 Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlandı 7 Avqust 2020, 17:28 Dolların manata qarşı məzənnəsi açıqlandı 7 Avqust 2020, 17:12 Milli Məclisin sədr müavini UFC-nin rəhbərinə müraciət etdi 7 Avqust 2020, 17:01 Azərbaycana 30 kq narkotik vasitə gətirən şəxs yaxalandı - VİDEO 7 Avqust 2020, 16:53 Yoluxma sayı 129-a düşdü: 421 sağalma, 4 ölüm 7 Avqust 2020, 16:44 2020-ci il tarixə bəşəriyyətin sınaq ili kimi yazılmaqdadır 7 Avqust 2020, 16:43 “Bakubus” sürücü axtarır 7 Avqust 2020, 16:39 Azərbaycanda məscid, kilsə və sinaqoqların sayı AÇIQLANDI 7 Avqust 2020, 16:37 Hakimliyə namizədlər yazılı imtahan veriblər 7 Avqust 2020, 16:29 Bakıda ana əkiz uşaqlardan birinin oğurlandığını İDDİA EDİR 7 Avqust 2020, 16:25