Arxiv
2 Dekabr 2019, 17:44 | AKTUAL
Nazir müavini xüsusi tipli internat məktəblərində olub - FOTO

3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Bakı şəhərində yerləşən Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda təhsil ocağının şəraiti ilə tanış olub və dərs prosesini izləyib. Məhəbbət Vəliyeva tədris prosesində interaktiv təlim metodlarından istifadənin vacibliyi və əhəmiyyətini diqqətə çatdırıb.

 

Nazir müavininə məlumat verilib ki, sözügedən təhsil müəssisəsi 1967-ci ildən fəaliyyət göstərir. Hazırda internat məktəbində 18 sinif komplektində 112  nəfər şagird təlim-tərbiyə alır. Xüsusi siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər on illik təhsil müddətini başa vurduqdan sonra xüsusi  təhsil haqqında şəhadətnamə alırlar. Xüsusi təhsil proqramları ilə yanaşı onlar məktəbin tədris emalatxanalarında tikiş, naxış salma, xalçaçılıq və dulusçuluq üzrə peşələrə yiyələnirlər. Müəssisənin nəzdində ayrıca iki mərtəbəli  korpusda yerləşən reabilitasiya mərkəzi fəaliyyət göstərir. Mərkəzdə 139 nəfər uşaq reabilitasiya xidmətinə cəlb olunub.

 

İnternat məktəbində uşaqların təlim tərbiyəsi ilə 55 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

 

***

Nazir müavini həmçinin Sumqayıt şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyada 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən tədbirdə də iştirak edib. 

 

Məhəbbət Vəliyeva əvvəlcə şagirdlərin əl işlərindən təşkil olunmuş sərgi ilə tanış olub.

 

Tədbir çərçivəsində şagirdlərin ifasında maraqlı səhnələr, oyun və rəqslər nümayiş olunub, musiqi, şeir və nəğmələr səsləndirilib.

 

Nazir müavini internat məktəbində yaradılmış şəraitlə də tanış olub. Bildirilib ki, təhsil müəssisəsi 1996-ci ildən fəaliyyət göstərir. 2010-ci ildən məktəbdə ümumtəhsil siniflər də fəaliyyətə başlayıb. Hazırda internat məktəbində İnteqrasiya təlimli internat tipli gimnaziya 10 ümumtəhsil sinif üzrə-179 nəfər, 29 xüsusi  sinif üzrə 266 nəfər şagird təlim-tərbiyə alır. İnternat məktəbində uşaqların təlim-tərbiyəsi ilə 115 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

 

Sonda xatirə şəkili çəkdirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident sərəncam imzaladı 14 Dekabr 2019, 16:43 Xaçmazda silsilə oğurluq edən şəxs saxlanıldı 14 Dekabr 2019, 16:36 Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirdi - FOTO 14 Dekabr 2019, 16:27 Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil verildi 14 Dekabr 2019, 16:16 Pənah Hüseyn seçkilərə qatılmayacaq: “Qərarım qətidir” 14 Dekabr 2019, 16:09 Müxalifət partiyaları seçki bloku yaradacaq? 14 Dekabr 2019, 15:49 Elvin İsayev Azərbaycana deportasiya edildi - RƏSMİ 14 Dekabr 2019, 15:24 Təbriz Qasımov dünya çempionu oldu - FOTO 14 Dekabr 2019, 15:13 “Trampın bu addımı atacağına ümid çox azdır” - Qənirə Paşayeva 14 Dekabr 2019, 14:51 Metroda UNEC tələbələrinin sərgisi keçiriləcək 14 Dekabr 2019, 14:34 Parlament seçkilərinə qatılan partiyaların sayı 9-a çatdı 14 Dekabr 2019, 14:20 Toy karvanından çıxan maşın qaz şkafına girdi - əhali qazsız qaldı 14 Dekabr 2019, 13:56 Ərdoğan Qənirə Paşayevanın şeirini OXUDU 14 Dekabr 2019, 13:33 Azərbaycanlı olimpiya ÇEMPİONLARI – onlar indi nə işlə məşğuldurlar? 14 Dekabr 2019, 13:13 Bazar gününün HAVA PROQNOZU 14 Dekabr 2019, 12:56 Qarabağın azərbaycanlı icması Avropanın 751 deputatına SƏSLƏNDİ 14 Dekabr 2019, 12:37 İsa Qəmbərin oğlunun namizədliyinə deputatdan REAKSİYA - “Çox yaxşı bir haldır” 14 Dekabr 2019, 12:22 Goranboyda uşaqlar arasında musiqi yarışması keçirildi - FOTOLAR 14 Dekabr 2019, 11:58 Qələmin gücü paklıq prinsipinə məğlub oldu 14 Dekabr 2019, 11:42 Parlamentlərarası Dostluq qrupunun rəhbəri ABŞ Senatının qətnaməsini pislədi 14 Dekabr 2019, 11:42 Məcburi köçkünlər arasında futzal turniri keçiriləcək 14 Dekabr 2019, 11:33 Baş Nazir yeni Fondla bağlı qərar VERDİ 14 Dekabr 2019, 11:22 Polis 31 şübhəlini SAXLADI 14 Dekabr 2019, 11:16 Azercell hər kəsi xüsusi İnstaqram yarışmasına dəvət etdi   14 Dekabr 2019, 11:07 Paytaxtda avtobus QƏZASI: yaralananlar var 14 Dekabr 2019, 10:58 Bütün ailə üzvləri namizəd olan bələdiyyə sədri geri çəkildi 14 Dekabr 2019, 10:53 ATƏT PA-nın müşahidə missiyasının Azərbaycana gələcəyini gözləyirik” - Bahar Muradova 14 Dekabr 2019, 10:42 Paytaxtda dəhşətli CİNAYƏT: Ana və qızı evində öldürüldü 14 Dekabr 2019, 10:13 “Ermənilər olmayan bir şeyə inanmaq istəyirlər” 14 Dekabr 2019, 09:56 Sərhəddə erməni təxribatı: Qazaxın 4 kəndi atəşə tutuldu 14 Dekabr 2019, 09:28 Hazırkı bələdiyyə sədrləri hansı partiyanın üzvləridir? 14 Dekabr 2019, 09:19 İslamı qəbul edən dünya ULDUZLARI 14 Dekabr 2019, 09:00 Saakaşvilinin iqamətgahını auksionda satdılar 14 Dekabr 2019, 00:54 Bu il 75 KİV əməkdaşı öldürülüb 14 Dekabr 2019, 00:39 Trampın impiçmentinin 2 maddəsi təsdiqləndi 14 Dekabr 2019, 00:20