Modern.az

Bakı Dövlət Universiteti halı pisləşən tələbələrlə bağlı məlumat YAYDI

Bakı Dövlət Universiteti halı pisləşən tələbələrlə bağlı məlumat YAYDI

Təhsil

3 Dekabr 2019, 12:12

Bakı Dövlət Universitetinin yataqxanasında iki tələbə qızın vəziyyətinin pisləşməsi ilə bağlı yazılanlar həiqəti əks etdirmir.

 

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə hadisə Bakı Dövlət Universitetinin yataqxanasında deyil, tələbə qızların kirayədə qaldıqları mənzildə baş verib.

 

Bildirilib ki, xalaqızları olan tələbələrdən biri Bakı Dövlət Universitetinin, digəri isə başqa universitetin tələbəsidir. İlkin diaqnoz mədə-bağırsaq iltibahıdır. Tələbələrin vəziyyəti qənaətbəxşdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü