Arxiv
3 Dekabr 2019, 14:40 | MEDİA
Mediada islahatlar zəruridir: Yeni simalar, dünya çapında söz deyəcək, məddahlıqdan uzaq jurnalistlər...

Ölkədə həyata keçirilən islahatlar bütün dairələrdə müsbət qarşılanır. Bu islahatları cəmiyyətə çatdıran mediada necə, islahatlara ehtiyac varmı?


Suallarımızı tanınmış jurnalistlər cavablandırır:

 

“Konkret konsepsiya olmalıdır, məsələyə kompleks halda yanaşılmalıdır...”

 

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı media sahəsində islahatların digər sahələrdən daha vacib olduğunu vurğulayıb:


“Yeni tələblərə cavab verə bilməyən, yeni yanaşmalar ortaya qoya bilməyən media cəmiyyətin güzgüsü ola bilməz. Köhnə təfəkkürlü media cəmiyyətə yenilik gətirə bilməz, digər sahələrdə olan yenilikləri insanlara doğru çatdıra bilməz. 

Başqa tərəfdən, bu gün dünyanın əksər ölkələrində azərbaycanlı jurnalistlər yaşayır. Ancaq onların böyük əksəriyyəti yaşadıqları ölkədə jurnalist kimi fəaliyyət göstərə bilmirlər və bu, onların günahı deyil. Demək ki, media sahəsində də ciddi islahatlara ehtiyac var. Fikrimcə, bunun üçün orta məktəblərdən başlamaq lazımdır. Eyni zamanda, jurnalistika fakültəsində dərs metodu yenilənməli, media qurumları da öz işlərində dönüş yaratmalıdırlar.

Və bütün bunlar sözdə deyil, əməldə görünməlidir. Beynəlxalq səviyyədə media şəbəkəmiz olmalıdır. Özümüz deyib, özümüz eşitməməliyik. Dövlət tərəfindən ayrılmış vəsaiti Biləcəridən o tərəfdə tanınmayan qəzet, yaxud sayt “Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırır deyib” göyə sovurmamalıdır. Hələ onu demirəm ki, belə media qurumları Qarabağ həqiqətinin nə olduğunu bilmirlər”.



E.Eyvazlı əlavə edib ki, yalnız Azərbaycandilli media ilə Ermənistan cəmiyyətini öz arxamızca süründürə bilmərik.


“İngilis, yaxud başqa əcnəbi dildə olan mediamız “Kürdəmirdə 40 dərəcə isti var” xəbəri verməməlidir. Konkret konsepsiya olmalıdır, məsələyə kompleks halda yanaşılmalıdır. Düşünürəm ki, bütöv mediamız cəmiyyətdə gedən proseslərdə yaxından iştirak etməlidir. Məmurları tənqidə açıq, dözümlü öyrətmək lazımdır. Media əldən verdiyi ictimai nəzarət funksiyasını geri almalıdır. Cəmiyyətdə jurnalistlərə münasibəti dəyişmək lazımdır. Bu sahəni jurnalistikaya “qara ləkə” olanlardan, onlara “arxa duranlar”dan təmizlənmək əsas şərtdir. Söyüş, təhqir, şantaj jurnalistika deyil. Analizlər, təhlillər bir janr kimi yox olmaq təhlükəsindədir. İxtisaslaşma məsələsinə xüsusi diqqət etmək lazımdır. Mediamızda yeni simalar yetişməlidir, bunun üçün gənclərə imkan açmaq lazımdır. İllərdir media rəhbərləri kimi üç-beş nəfər bütün cəmiyyətin gözünü qabar edib. Təbii ki, bu deyilənlər gözləntilərin kiçik bir hissəsidir. Dövlətimiz naminə güclü, dünya çapında sözünü deyə biləcək, məddahlıqdan uzaq  mediaya böyük ehtiyac var və bunun üçün mediada islahatlar günümüzün tələbidir”.

 

“Müasir düşüncəli, modern dünyanın media çağırışlarına cavab verən, ictimai nüfuzu olan nəslə meydan verməlidir...”
 

“Türküstan” qəzeti və “Türküstan.info” saytının baş redaktoru Aqil Camal dövlət aparatında gedən yeni düşüncə, yeni yanaşmanın müstəqil sahə olan media camiəsinə də sirayət etməli olduğunu qeyd edib:



“Hazırda dövlət aparatında aparılan islahatlar və dəyişikliklər istər-istəməz cəmiyyət həyatının bütün sahələrinə təsir edir. Media da bu qəbildəndir. Və diqqət etsək görərik ki, hazırda ölkədə həyata keçirilən dəyişiklikləri ən çox təbliğ edən və dəstəkləyən də mediadır. Eyni zamanda, media təkcə xəbər istehsalı ilə məşğul deyil. Medianın özünü ictimai və inzibati formada tənzimləmə mexanizmləri də var. Bu baxımdan, hesab edirəm ki, əgər cəmiyyətdə bir “islahat, yeniləşmə, gəncləşmə” ab-havası varsa, bu trend bütövlükdə media camiəsini də əhatə etməlidir. Biz yeniləşmə deyərkən, ağlımıza yalnız dövlət məmurlarının əvəzlənməsi gəlməməlidir. Dövlət və ya qeyri-dövlət olaraq bir harmoniya təşkil edir. Dövlət aparatında gedən yeni düşüncə, yeni yanaşma müstəqil sahə olan media camiəsinə də sirayət etməlidir. Media özəl sahədir, dövlətdən asılı deyil ki, bu sahədə yenilik hansısa qərarlarla, sərəncamlarla həyata keçirilsin. Burada ancaq şəxsi təşəbbüs, ictimai rəylə hesablaşmaq kimi amillər əsas götürülə bilər. Bu sahədə müasir düşüncəli, modern dünyanın media çağırışlarına cavab verən, ictimai nüfuzu olan nəslə meydan verməlidir”.

 

“Media sahəsində də islahatlara ehtiyac var..” 

 


“CBC TV-nin əməkdaşı, veb-redaktor Fərəh Sabirqızı
əsasən  rəsmi KİV-lərdə və televiziyalarda yeni yanaşmanın ortaya qoyulmalı olduğunu bildirib:

“Media sahəsində də islahatlara ehtiyac var. Əsasən də rəsmi KİV-lərdə və televiziyalarda yeni yanaşma ortaya qoyulmalıdır. Problemləri gizlətmək yox, aşkarda demək vacibdir ki, həll olunsun. Dövlət başçısının son çıxışılarında da bu məqam xüsusi vurğulanır və məncə, bu, elə media işçiləri üçün də çağırış kimi qiymətləndirilməlidir. İctimai nəzarətin, şəffaflığın təmin olunmasında indi jurnalistlərin işi yüksək qiymətləndirilir və biz daha fəal olmalıyıq. Odur ki, efirdə daha çox disskusiyalar, müzakirələr aparılmasına, ictimai-siyasi və sosial yüklü mövzuların sayını artırmağa ehtiyac var. Cəlbedici layihələrlə auditoriyanı bütün təbəqələrini əhatə etməyə çalışmalıyıq. Son vaxtlar bunu AzTV və İctimai Televiziyanın timsalında görürük. İkinci mühüm məsələ jurnalistlərin peşəkarlığı ilə bağlıdır. Rəsmilər, vəzifəli şəxslər daim gileylənirlər ki, online mediada  ixstisaslaşmış jurnalistlər azdır. Düzdür, amma səbəbsiz də deyil. Səbəblərdən biri media qurumlarının maliyyə durumu ilə bağlıdır. Təəssüf ki, Azərbaycandakı online media qurumlarının əksəriyyətində çoxsaylı ştat saxlamaq, hər sahəyə dair ixtisaslaşmış jurnalist yetişdirmək imkanı yoxdur. Yeri gəlmişkən, 2019-cu il islahatlar ili kimi yadda qaldı. Hökumət tərəfindən qəbul edilən iki sosial paket ölkədə az qala milyon yarım əhalini əhatə etdi, maaşlarda orta hesabla 60-70 faiz, bəzi hallarda 95 faiz artım qeydə alındı. Özəl qurumlar da işçilərinin məvacibini qaldırdılar. Lakin bu artımlar həftəsonu, bayram, istirahət bilmədən daim iş başında olan, xəbərlər yayan, Azərbaycan haqqında həqiqətləri təbliğ  və təşviq edən jurnalistlərə, media aləminə şamil olunmadı. Media qurumlarının rəhbərləri bu amilə də diqqət yetirməlidirlər ki, peşəkar jurnaslitlərin mediada qalıb işləməsi və inkişafı, yeni peşəkarların yetişməsi üçün şərait yaransın”.

 

“Vitrinində ləyaqətli jurnalistlər təmsil olunmalıdır”

 


“Jurnalist Araşdırmaları Mərkəzi”nin sədri Seymur Verdizadə
islahat dalğasının mətbuata da çatmalı, mətbu vitrinin ən qısa zamanda yenilənməli olduğunu bildirib:


“Mətbu vitrin ən qısa zamanda yenilənməlidir. Vitrinində ləyaqətli jurnalistlər təmsil olunmalıdır. Media sahəsinə ləkə olan, öz mövcudluğu ilə bu sektoru zibilləyən adamlardan qurtulmağın vaxtı çatıb. Sözün nazını çəkən, jurnalist etikasını şəxsi mənafeyindən üstün tutan qələm adamlarına meydan verilməlidir.
Hesab edirəm ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu islahatlardan kənarda qalmamalıdır. Bu qurumda da struktur və kadr islahatları aparılmalıdır. Jurnalisti məmurlara yaltaqlanmağa vadar edən zehniyyətdən birdəfəlik xilas olmalıyıq. KİV Fondu sözdə deyil, əməldə mətbuata dəstək olmalıdır. Bu qurum üçün xarakterik olan dostbazlıq, yerlibazlıq, qohumbazlıq kimi xəstəlikləri müalicə etməyin vaxtıdır. Yekəxana, təkəbbürlü adamlar Prezidentin çağırışına səs verib, tutduqları postlarla könüllü şəkildə vidalaşmalıdırlar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”  - İlham Əliyev 20 Yanvar 2020, 01:06 Qənirə Paşayeva  Əyyublu kəndində seçicilərlə görüşdü - FOTO 20 Yanvar 2020, 00:46 Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb 20 Yanvar 2020, 00:21 "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban Əliyeva 20 Yanvar 2020, 00:12 30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR 20 Yanvar 2020, 00:07 30 illik qürur tarixi: Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir 20 Yanvar 2020, 00:01 "Tələsmədən işləməliyik" 19 Yanvar 2020, 23:57 Hərbiçilər hökumətin pensiya islahatlarına qarşı   19 Yanvar 2020, 23:41 Azay Quliyev bir gündə üç böyük görüş keçirdi  - FOTOLAR 19 Yanvar 2020, 23:18 YAP-ın Sumqayıtdan olan  namizədi seçicilərlə NƏRD oynadı  - FOTO 19 Yanvar 2020, 22:43 İran meyitləri Ukraynaya təhvil verdi 19 Yanvar 2020, 22:22 İqbal Məmmədov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 22:08 Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib 19 Yanvar 2020, 21:45 Hicran Hüseynova seçicilərlə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 21:22 Deputatlığa namizəd Rövşən Sadıxov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 21:03 Tovuzda yanacaq doldurma məntəqəsinə basqın 19 Yanvar 2020, 20:47 Fəzail Ağamalı seçicilərlə görüşdü - VİDEO 19 Yanvar 2020, 20:31 Çində güclü zəlzələ 19 Yanvar 2020, 20:19 İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR 19 Yanvar 2020, 20:01 Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02 MSK DSK-nın qərarını ləğv edib 19 Yanvar 2020, 18:00 Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb 19 Yanvar 2020, 17:57 Dövlət Sərhəd Xidmətinin rəisi: “Azərbaycan və İran arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması barədə müzakirə aparılır” 19 Yanvar 2020, 17:43 Musa Qasımlı şəhid ailəsinə baş çəkib 19 Yanvar 2020, 17:35 İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR 19 Yanvar 2020, 17:14 Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb 19 Yanvar 2020, 16:58 Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir 19 Yanvar 2020, 16:49 Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib 19 Yanvar 2020, 16:37 Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB 19 Yanvar 2020, 16:27 Musa Quliyev şəhid ailələrini ziyarət etdi 19 Yanvar 2020, 16:11 “WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ 19 Yanvar 2020, 16:09 Sahibə Qafarova seçiciləri ilə görüşüb 19 Yanvar 2020, 15:42 Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz 19 Yanvar 2020, 15:07
SORĞU Yeni parlamentdə kimlər olsun?