Ermənistan baş naziri Nikol Paşinyan Bakıya daha bir nümayəndə heyəti göndərir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, dekabrın 4-7 tarixlərində Ermənistanın ərazi idarəetməsi və infrastuktur nazirinin müavini Armen Simonyan, həmən nazirliyin avtomobil nəqliyyatının texniki siyasət idarəsinin rəisi Arman Karapetyan və XİN-nin çoxtərəfli siyasət vəı əməkdaşlıq idarəsinin məsləhətçisi Artyom Aznauryan Bakıda olacaq.
Nümayəndə heyəti beynəlxalq Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRASEKA) çərçivəsində Bakıda keçiriləcək sessiyaya qatılacaq.
Xatırladaq ki, noyabrın 17-21-i tarixlərində Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri olub.