Modern.az

“Qarabağ azərbaycanlıları danışıqlarda tərəf olub” - Paşinyanın növbəti diplomatik MƏĞLUBİYYƏTİ

“Qarabağ azərbaycanlıları danışıqlarda tərəf olub” - Paşinyanın növbəti diplomatik MƏĞLUBİYYƏTİ

Qarabağ

6 Dekabr 2019, 13:22

“İstisna etmirəm ki, Paşinyan Qarabağın azərbaycanlı icmasının münaqişənin tərəfi kimi leqallaşdırılmasına məcbur olub”.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədəAdekvad” təşkilatının həmsədri Konstantin Ter-Nakalyan bildirib.

 

“Ermənistan hakimiyyəti də, ATƏT-in Minsk Qrupu da ölkəmiz üçün kapitulasiya anlamına gələn şərtləri razılaşdırıb. Buna, Bakıda təqdim olunan "Lavrov planı"nı da əlavə etsək, problemlər daha çox olacaq. Niyə heç kmi münaqişənin 5-ci tərəfinin kim olmasından danışmır?”.

 

Ter-Nakalyan Azərbaycanın danışıqlar prosesindəki diplomatik qələbəsindən danışıb.

“İlham Əliyev danışıqlar prosesi zamanı Azərbaycan icmasının tərəf olmasına nail olub. Bu isə danışıqlar prosesində bizim ən ciddi məğlubiyyətimizdir”.

 

Erməni ekspert Paşinyan hakimiyyətinin danışıqlar prosesi barədə məlumat vermədiyini, ictimaiyyətin jurnalistlərin qarşılıqlı səfərləri, erməni məmurlardan ibarət nümayəndə heyətinin Bakıya səfərindən gec xəbər tutmasından gileylənib.

“Münaqişənin gərginləşməsi fonunda ordu da belə idarə olunsa, döyüş meydanında məğlub olarıq”-deyə o bildirib.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı