Modern.az

Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir

Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir

Aktual

6 Dekabr 2019, 17:27

“Hesab edirəm ki, özünü buraxan, indiki parlamentdə “biz prezidentin apardığı islahatlarla ayaqlaşa bilmirik” deyərək etiraf edənlər, faktiki olaraq bu fikirləri söyləyənlər növbədənkənar seçkilərində namizəd olmamalıdırlar”.


Bunu Modern.az-a açıqlamasında sabiq deputat Nazim Bəydəmirli bildirib.


III çağırış Milli Məclisin (2005-2010-cu illər) deputatı olmuş Nazim Bəydəmirli 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmaq niyyətindədir.

“2010 və 2015-ci il seçicilərin təşəbbüs qrupunun təkidi ilə mənim namizədliyimi irəli sürüblər və  deputat seçilməyimin mümkünlüyünə rəğmən YAP-ın namizədinə mane olmamaq üçün güzəştə gedib, geri çəkilmişəm. Ancaq bu illər ərzində məni seçicilər həmişə millət vəkili statusunda görüblər.
Fikrimcə, millət vəkili adına iddialı olanlar öz gücünə, seçicini öz tərəfinə çəkmək qabiliyyətinə görə yarışa girməlidirlər”.


N.Bəydəmirli bildirib ki, son müraciətlərdə onu tanıyan insanlar bu və ya digər formada, həm sosial şəbəkələrdə, həm şəxsi görüşlərdə təkidlə namizədliyini irəli sürməyini istəyirlər:

“Təbii ki, mənim insanların bu təklifini geri çevirmək fikrim yoxdur. Hesab edirəm ki, seçicilərin təşəbbüs qrupu yenə namizədliyimi irəli sürəcək”.

Sabiq deputatın sözlərinə görə, V çağırış parlamentin üzvlərinin fəaliyyətsizliyi ümumilikdə Milli Məclisin cəmiyyətdəki nüfuzunun aşağı düşməsinə səbəb olan əsas amildir.

“Mən hesab edirəm ki, YAP-ın  parlamentin özünü buraxma təşəbbüsü həm də bu səbəblərdən qaynaqlanıb. Düşünürəm ki, siyasi etika çərçivəsində mənim iki dəfə YAP-ın namizədinə güzəşt etməyim yetərlidir. Hesab edirəm ki, mən və ya digərləri ədalətli seçki performansı sərgiləməlidirlər. Hamı anlamalıdır ki,  millət vəkilliyi heç bir inzibati vəzifə deyil, namizədlərin yaşına və ya kiməsə yaxınlığına görə verilmiş lütf deyil, bu ada iddialı olanlar çalışmalıdırlar ki, xalqın etimadını qazana bilsin və hakimiyyətlə seçicilər arasında körpü rolunu oynaya bilsin, millət vəkili adını məsxərəyə qoya biləcək hərəkətlər etməsin, vacib dövlət orqanının fəlsəfəsini anlasın. Fikrimcə indiki şəraitdə mənim və ya başqasının real seçicilərdən mandat almağı həm də hakimiyyətin özü üçün çox vacibdir”.

N.Bəydəmirli deyib ki, ona seçilmək üçün kömək etmək lazım deyil, mane olmamaq yetərlidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır