Arxiv
9 Dekabr 2019, 12:27 | AKTUAL
Bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib - FOTO 

 

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında YAP tərəfindən irəli sürülmüş qadın namizədlərlə görüş keçirilib. 

 

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bələdiyyə seçkilərinin təbliğat-təşviqat kompaniyası çərçivəsində keçirilən görüşdə YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə, şəhərin ictimai-siyasi həyatında daim öndə olan partiya fəalları və gənclər iştirak ediblər. 

 

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan millət vəkili Pərvin Kərimzadə bələdiyyə üzvlüyünə namizədləri təbrik edib, onlara qarşıdan gələn seçkilərdə uğurlar arzulayıb. Millət vəkili bildirib ki, ölkəmizin siyası arenasında özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyası bütün seçkilərə məhz xalqın dəstəyini qazana biləcək namizədlərlə gedib. 23 dekabr-Bələdiyyə seçkilərində YAP-ın böyük qələbə qazanmasına yerli özünüidarəetmə orqanlarında partiyamızın yüksək təmsilçiliyinin təmin olunması əsas verir. Çünki Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində ölkəmiz, o cümlədən regionlar dinamik inkişaf edir. Paytaxt Bakı ilə yanaşı ən ucqar kəndlərdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf kimi amillər insanların rifah halının yaxşılaşmasında müsbət dəyişikliklərə səbəb olub.

 

Ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının durmadan artmaqda olduğunu qeyd edən Pərvin Kərimzadə bələdiyyə seçkilərində namizədlər içərisində qadınların sayının üstünlük təşkil etdiyini, bunu da qarşıdan gələn bələdiyyə seçkilərində iş prosesinə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.

 

Daha sonra çıxış edən Rəfiqə Sadıqova, Gülsüm Fətəliyeva, Aidə Qasımova, Naciyə Əliyeva, Günay Nəsibova və Zülfiyyə Həsənova cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən, qarşıda duran vəzifələrdən danışıblar. Natiqlər bildiriblər ki, ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən gəncəlilər əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seşkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcək, bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaqlar.

 

Tədbir iştirakçıları seçkidə YAP-ın qalib gələcəyinə inandıqlarını ifadə edərək, hər kəsi seçkidə fəal olmağa, “Xalq üçün” səsverməyə çağırıblar.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİM: Rezidentura umtahanının nəticələri yaxın 2-3 gündə elan ediləcək 5 Avqust 2020, 14:29 Agentlikdən pandemiya ilə mübarizə aparan tibb işçilərinə əlavə ödənişlər barədə AÇIQLAMA 5 Avqust 2020, 14:25 Baş Prokurorluqda kadr islahatları: 114 nəfər rəhbər vəzifələrə təyin olunub 5 Avqust 2020, 14:13 Azərbaycanda COVID-19 virusuna yoluxmuş 10 nəfərə cinayət işi açılıb 5 Avqust 2020, 14:13 Baş Prokurorluqda generalın oğluna vəzifə verildiyi təzə xəbər deyilmiş - AÇIQLAMA 5 Avqust 2020, 14:10 Baş Prokurorluqda yeni dəyişikliklər oldu - Bəzi idarə və şöbələr ləğv edildi 5 Avqust 2020, 14:00 Qoşunlarda yay tədris dövrü başlayıb 5 Avqust 2020, 13:56 Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq 5 Avqust 2020, 13:53 Deputatdan parlamentdə sərt ÇIXIŞ: “120-140 manata virus testi olar?” 5 Avqust 2020, 13:47 Xocalı abidəsinin yeri dəyişdirildi 5 Avqust 2020, 13:41 Sərt karantinin tətbiq edildiyi yerlərdə məhkəmələr hansı qayda ilə keçiriləcək? 5 Avqust 2020, 13:36 Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 5 Avqust 2020, 13:28 Müavini Fəttah Heydərovdan DANIŞDI: “Heç kəs düşünmürdü ki, qəfil aramızdan gedəcək” 5 Avqust 2020, 13:27 Neft Beyrutdakı partlayışdan sonra BAHALAŞDI 5 Avqust 2020, 13:21 Baş Prokurorluq Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 5 Avqust 2020, 13:18 Xarabaya çevrilən Beyrut limanının strateji əhəmiyyəti ... 5 Avqust 2020, 13:14 “Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub” - Nazir 5 Avqust 2020, 13:12 Sahil Babayev: “Azərbaycan minimum pensiya məbləğinə görə MDB-də 1-ci yerdədir” 5 Avqust 2020, 13:00 Parlament büdcə dəyişikliyini 1-ci oxunuşda qəbul etdi 5 Avqust 2020, 12:56 Siyavuş Novruzov deputatları dövlətin yanında olmağa SƏSLƏDİ 5 Avqust 2020, 12:48 Aydın Mirzəzadə: “Ola bilər  190 manatlıq ödəniş 600 min deyil, 1 milyon insana verilsin” 5 Avqust 2020, 12:45 FHN-in çimərliklərdən istifadə ilə bağlı əhaliyə müraciət etdi - VİDEO 5 Avqust 2020, 12:42 Bu Avropa ölkəsində virusa yoluxanların sayı 95 faiz artıb 5 Avqust 2020, 12:33 Beyrutdakı partlayışda azı 5 erməni həlak olub 5 Avqust 2020, 12:22 Deputatdan hökumətə ÇAĞIRIŞ: “İşləməyən minlərlə insan nə ilə dolanmalıdır?” 5 Avqust 2020, 12:18 “Təhsil haqları yarıbayarı azaldılmalıdır” - Deputatdan TƏKLİF 5 Avqust 2020, 12:12 Təhsil komitəsinin sədri: TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə qaydalar hazırlamalıdır 5 Avqust 2020, 12:10 Növbəti 6 ayda neftin qiymətinin 35 dollar olması proqnozlaşdırılır - Nazir 5 Avqust 2020, 11:59 Hannover şəhərində Azərbaycan ordusuna dəstək mitinqi keçirilib 5 Avqust 2020, 11:57 Bakıda mənzildən 1 milyon manatlıq OĞURLUQ 5 Avqust 2020, 11:54 Nazir: “İqtisadiyyatımıza təhlükələr var” 5 Avqust 2020, 11:50 Samir Şərifov: “Apreldən ümumi daxili məhsul azalmağa başlayıb 5 Avqust 2020, 11:47 Sahibkarlara yardım veriləcək - Nazirlik şərtləri AÇIQLADI 5 Avqust 2020, 11:39 Qadının pulu və qızılı oğurlandı 5 Avqust 2020, 11:32 Komitə sədri iqtisadiyyatdakı azalmalardan DANIŞDI: “Kifayət qədər ehtiyatlı olmalıyıq” 5 Avqust 2020, 11:26