Arxiv
10 Dekabr 2019, 14:22 | PARLAMENT
Deputat köməkçilərinin aqibəti necə olacaq?

Prezident İlham Əliyev dekabrın 5-də “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

 

Hazırda Milli Məclis üzvlüyünə namizədlərin müəyyənləşdirilməsi prosesinə start verilib.

 

Qeyd edək ki, parlamentin buraxılması həm də onun yenilənməsi iddialarını ortaya atıb.

 

Maraqlıdır, parlamentin deputatlarının yeniləndiyi halda Milli Məclisin aparat işçilərinin, deputat köməkçilərinin aqibəti necə olmalıdır?

 

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, hazırda parlamentin Aparatı öz işini davam etdirir:

 

“Aparat işçiləri dövlət qulluqçuları hesab olunur. Ona görə də onlar üzərlərinə düşən işi davam etdirir. Buna baxmayaraq, struktur dəyişikliyi ehtimalı ola bilər”.

 

Mənbənin dediyinə görə, deputat köməkçiləri dövlət qulluqçusu sayılmır:

 

“Deputatın təqdimatı əsasında aparat rəhbəri ilə müqavilə bağlanır. Deputat köməkçiləri ildə bir dəfə öz işləri barədə hesabat verirlər. Məsələn, bir köməkçi 5 il ərzində təcrübə yığır, ancaq sabah başqa deputat gələndə onunla işləmək istəmir. Deputat köməkçisinin təqdim olunması deputatın seçimidir. Hətta, vəfat edən deputatın köməkçisi belə işsiz qalır”.

 

O da bildirilib ki, deputat köməkçisinin səlahiyyət müddəti deputatın səlahiyyət müddəti bitənə qədər etibarlıdır.

 

“Deputat statusu haqqında” qanununun “deputatlıq fəaliyyətinin təminatları” bölməsində deputat köməkçisi barədə bunlar qeyd olunub:

 

Maddə 21-1. Deputatın köməkçisi

Deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər.

Deputatın köməkçiləri Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına saxlanılır.

Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Deputatın köməkçisinə aid əlavə tələblər Azərbaycan Respublikası Milli Məclisi sədrinin sərəncamı ilə müəyyən edilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mərkəzi Bankda yeni TƏYİNATLAR 17 Yanvar 2020, 17:32 İstirahət günlərində səyahətə çıxanlara XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq! 17 Yanvar 2020, 17:26 Moskvadan VACİB MESAJ: “Qarabağ danışıqlarında irəliləyişə nail olunmayıb” 17 Yanvar 2020, 17:20 “Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir” - Qüdrət Həsənquliyev 17 Yanvar 2020, 17:17 Prezidentdən Cənnət Səlimova ilə bağlı SƏRƏNCAM 17 Yanvar 2020, 17:15 İqbal Məmmədov Qosmalian və Kələxan kəndlərində seçicilərlə görüşüb - FOTOLAR 17 Yanvar 2020, 17:10 Liviya Qoşunlarının komandanı Putinə məktub yazdı 17 Yanvar 2020, 17:05 100 yaşlı şair öz yubileyinə qatıldı - “Bu yaşıma baxmayaraq idman edirəm” 17 Yanvar 2020, 16:58 Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO   17 Yanvar 2020, 16:55 Bakı polisində yeni rəis TƏYİNATI 17 Yanvar 2020, 16:48 Dünya lideriləri Liviya üçün Berlinə TOPLAŞIR 17 Yanvar 2020, 16:43 “Hələ də uşağın başqasından olduğunu zənn edənlər var” - ginekoloq 17 Yanvar 2020, 16:38 Beynəlxalq müşahidəçilərin sayı artır 17 Yanvar 2020, 16:32 Nazir Kamran Əliyevi əvvəlki işinə qaytardı - Rüfət Quliyevə isə yüksək vəzifə verildi 17 Yanvar 2020, 16:26 ELDAR QULİYEV – MƏNİM MİLLƏT VƏKİLİM 17 Yanvar 2020, 16:20 UNEC-də 20 Yanvar şəhidləri anıldı 17 Yanvar 2020, 16:14 Yol polisi Qubada gücləndirilmiş rejimdə çalışır 17 Yanvar 2020, 16:07 Çingiz Qənizadə görüşlərini davam etdirir - Fotolar 17 Yanvar 2020, 16:03 Məktəbi daha tez bitirmək istəyən 16 şagird imtahan verdi 17 Yanvar 2020, 16:02 BMU-da 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub 17 Yanvar 2020, 15:56 Rövzət Qasımovdan deputatlığa namizədlərə MÜRACİƏT 17 Yanvar 2020, 15:50 Hansı kafe-restoranlarda yemək yeyək? - Diqqətli olun! 17 Yanvar 2020, 15:45 “Nar” 4,5 G baza stansiyalarının sayını 60% artırıb 17 Yanvar 2020, 15:38 Ermənistanda daha bir eks-nazir müəmmalı şəkildə ÖLDÜ 17 Yanvar 2020, 15:32 MSK DSK-nın qərarını ləğv edib 17 Yanvar 2020, 15:26 İdarə rəisi: “Bakıda 57 cinayətkar qrup ifşa olunub” 17 Yanvar 2020, 15:20 Ceyhun Bayramov olimpiada qalibləri ilə görüşdü - Fotolar 17 Yanvar 2020, 15:13 Yeni və sabiq baş nazirlər təkbətək görüş keçirdilər 17 Yanvar 2020, 15:07 Ülvi Quliyev təbliğat və təşviqat kampaniyasına start verdi - FOTOLAR 17 Yanvar 2020, 15:04 Lənkəranın Osakücə kəndində səyyar qəbul keçirilib - FOTO 17 Yanvar 2020, 15:01 Məzahir Pənahovdan deputatlığa namizədlərə ÇAĞIRIŞ 17 Yanvar 2020, 14:56 Xaricdəki Azərbaycan evlərinin sayı artır 17 Yanvar 2020, 14:50 Prezident Administrasiyasının məsul işçiləri Daşkəsəndə vətəndaşları qəbul ediblər - FOTO 17 Yanvar 2020, 14:45 MSK jurnalistin namizədliyini qeydə almaqdan İMTİNA ETDİ 17 Yanvar 2020, 14:40 Dönər satışına nəzarət edəcək qurum YARADILIR 17 Yanvar 2020, 14:33
SORĞU Yeni parlamentdə kimlər olsun?