Modern.az

UNEC doktoranturaya və dissertanturaya qəbul elan edib

UNEC doktoranturaya və dissertanturaya qəbul elan edib

11 Dekabr 2019, 16:31

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edib.

 

UNEC-dən Modern.az-a bildirilib ki, qəbul qaydalarına əsasən, doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan vətəndaşları qəbul olunurlar. “Elmlər doktoru” elmi dərəcəsi almaq üçün “fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi sayılan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri, 2 il elmi-pedaqoji iş stajı və minimum 3 beynəlxalq nüfuzlu jurnalda məqalə dərc etdirən namizədlərə üstünlük verilir.

 

Doktorantura və ya dissertanturaya sənədlərin qəbulu dekabrın 28-dək davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir