Arxiv
11 Dekabr 2019, 18:53 | AKTUAL
UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb

Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə UNEC tələbələrinin ifasında Türkiyənin paytaxtı Ankarada “Nəsimi” tamaşası nümayiş etdirilib.

 

Tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə UNEC-in Tədbirlər Planına əsasən təşkil olunub.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin dəstəyi və UNEC-in təşəbbüsü ilə təşkil olunan tamaşada ölkəmizin Türkiyədəki səfiri, rəsmi şəxslər, qardaş ölkənin paytaxtında yaşayan və fəaliyyət göstərən soydaşlarımız, eləcə də nəsimisevərlər iştirak ediblər. Tamaşa Ankaranın Keçiörən rayon bələdiyyəsinin Neşet Ertaş Sənət və Nümayiş Mərkəzində nümayiş etdirilib.

 

UNEC Yaradıcılıq Mərkəzinin “UNEC Tələbə Teatrı” tərəfindən təqdim olunan tamaşada Şərqin böyük ədibi və filosofunun həyat və yaradıcılığı tələbələrin ifasında canlandırılıb. Tələbələrin yüksək peşəkarlıqla ifa etdikləri tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Səfər çərçivəsində Ankaranın Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altunok UNEC-in nümayəndə heyəti ilə görüşüb. Görüşdə tələbələrin aktyorluq bacarıqlarını yüksək qiymətləndirən bələdiyyə sədri onlara öz təşəkkürünü bildirib. UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova tamaşanın nümayiş olunması üçün yaradılan şəraitə görə Turqut Altunoka minnətdarlğını bildirərək, universitet adından ona xatirə hədiyyəsi təqdim edib.

 

Sonda tələbələrə sertifikatlar təqdim olunub.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO   17 Yanvar 2020, 16:55 Bakı polisində yeni rəis TƏYİNATI 17 Yanvar 2020, 16:48 Dünya lideriləri Liviya üçün Berlinə TOPLAŞIR 17 Yanvar 2020, 16:43 “Hələ də uşağın başqasından olduğunu zənn edənlər var” - ginekoloq 17 Yanvar 2020, 16:38 Beynəlxalq müşahidəçilərin sayı artır 17 Yanvar 2020, 16:32 Nazir Kamran Əliyevi əvvəlki işinə qaytardı - Rüfət Quliyevə isə yüksək vəzifə verildi 17 Yanvar 2020, 16:26 ELDAR QULİYEV – MƏNİM MİLLƏT VƏKİLİM 17 Yanvar 2020, 16:20 UNEC-də 20 Yanvar şəhidləri anıldı 17 Yanvar 2020, 16:14 Yol polisi Qubada gücləndirilmiş rejimdə çalışır 17 Yanvar 2020, 16:07 Çingiz Qənizadə görüşlərini davam etdirir - Fotolar 17 Yanvar 2020, 16:03 Məktəbi daha tez bitirmək istəyən 16 şagird imtahan verdi 17 Yanvar 2020, 16:02 BMU-da 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub 17 Yanvar 2020, 15:56 Rövzət Qasımovdan deputatlığa namizədlərə MÜRACİƏT 17 Yanvar 2020, 15:50 Hansı kafe-restoranlarda yemək yeyək? - Diqqətli olun! 17 Yanvar 2020, 15:45 “Nar” 4,5 G baza stansiyalarının sayını 60% artırıb 17 Yanvar 2020, 15:38 Ermənistanda daha bir eks-nazir müəmmalı şəkildə ÖLDÜ 17 Yanvar 2020, 15:32 MSK DSK-nın qərarını ləğv edib 17 Yanvar 2020, 15:26 İdarə rəisi: “Bakıda 57 cinayətkar qrup ifşa olunub” 17 Yanvar 2020, 15:20 Ceyhun Bayramov olimpiada qalibləri ilə görüşdü - Fotolar 17 Yanvar 2020, 15:13 Yeni və sabiq baş nazirlər təkbətək görüş keçirdilər 17 Yanvar 2020, 15:07 Ülvi Quliyev təbliğat və təşviqat kampaniyasına start verdi - FOTOLAR 17 Yanvar 2020, 15:04 Lənkəranın Osakücə kəndində səyyar qəbul keçirilib - FOTO 17 Yanvar 2020, 15:01 Məzahir Pənahovdan deputatlığa namizədlərə ÇAĞIRIŞ 17 Yanvar 2020, 14:56 Xaricdəki Azərbaycan evlərinin sayı artır 17 Yanvar 2020, 14:50 Prezident Administrasiyasının məsul işçiləri Daşkəsəndə vətəndaşları qəbul ediblər - FOTO 17 Yanvar 2020, 14:45 MSK jurnalistin namizədliyini qeydə almaqdan İMTİNA ETDİ 17 Yanvar 2020, 14:40 Dönər satışına nəzarət edəcək qurum YARADILIR 17 Yanvar 2020, 14:33 YAP Daşkəsən rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib 17 Yanvar 2020, 14:30 Bakıda bəzi avtobusların marşrut xətti dəyişdirilir - SİYAHI 17 Yanvar 2020, 14:26 Baş nazir və spikeri güllələyən şəxs Paşinyana YAZDI 17 Yanvar 2020, 14:20 Zakir Həsənov Anjey Kaspşik ilə təmas xəttindəki vəziyyəti müzakirə etdi 17 Yanvar 2020, 14:14 Gürcüstanda Azərbaycan vətəndaşı həbs olundu 17 Yanvar 2020, 14:09 YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ 17 Yanvar 2020, 14:03 Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər SAXLANILDI 17 Yanvar 2020, 13:57 Hüseynbala Mirələmov: “2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var” 17 Yanvar 2020, 13:51
SORĞU Yeni parlamentdə kimlər olsun?