Modern.az

Bu jurnalistlərə “Beynəlxalq media vəsiqəsi” verildi - ADLAR

Bu jurnalistlərə “Beynəlxalq media vəsiqəsi” verildi - ADLAR

12 Dekabr 2019, 13:28

Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi  “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card)  təqdim edilib.

 

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərlinin Modern.az-a verdiyi məlumata görə, 2019-cu ilin ikinci  yarısı üzrə “Beynəlxalq media vəsiqəsi”  BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının 7 üzvünə verilib.

 

Bunlar “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, ATV-nin əməkdaşı Elnarə Dərzi, araşdırmaçı jurnalist Şəhla Aslan, Bakı Dövlət  Universitetinin Jurnalistika fakültəsinin müəllimi, jurnalist Anzulə Cəfərova, AzərTAC-ın əməkdaşı Səlim Rəhimzadə, “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov və AzTV-nin əməkdaşı Minarə Xəlilovadır.  

 

JuHİ sədrinin sözlərinə görə, BJF  təsis etdiyi  “Beynəlxalq media vəsiqəsi”  jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş  jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir.  “Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən diqqətdə saxlanılır. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin  vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir”, - deyə Müşfiq Ələsgərli bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?