Modern.az

Azərbaycanda otellərin ulduzlaşma prosesi necə aparılacaq?

Azərbaycanda otellərin ulduzlaşma prosesi necə aparılacaq?

12 Dekabr 2019, 13:55

Azərbaycanda otellərə ulduzların verilməsinə start veriləcək.

 

Modern.az-ın məlumatına görə dekabrın 6-da Azərbaycan Turizm Bürosunda Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən otellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatının təqdimedilmə mərasimi baş tutub.

 

Bununla bağlı Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Modern.az-a məlumat verib:

 

“Azərbaycanda otellərə ulduzların verilməsi prosesi Azərbaycan Turizm Bürosunun vasitəsi ilə indi tətbiq edilməyə başlayır. Yəni Azərbaycan Turizm Bürosu indiyə qədər heç bir otelə ulduz verməyib. Sertifikatlaşma prosesi isə 2020-ci ilin birinci rübündən başlayacaq. İlkin mərhələdə Azərbaycan Otellər Assosiasiyasının üzvlüyündə olan 100 otelə ulduzların verilməsi gözlənilir. Əsas meyar ondan ibarətdir ki, ölkədə aparılacaq ulduzlaşma prosesi, Avropada qəbul edilmiş ulduzlaşma prinsiplərinə tam olaraq uyğun olacaq. Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un və Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) müşahidəçi üzvüdür. Azərbaycan Hotellər Bürosu Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasına üzvdür. Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən mehmanxanaların ulduz kateqoriyaları Milli Ulduz Təsnifat Sistemi əsasında müəyyənləşdiriləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır