Modern.az

UEFA-dan “əsgər salamı” qərarı

UEFA-dan “əsgər salamı” qərarı

12 Dekabr 2019, 18:56

UEFA Türkiyə millisinin futbolçularının AVRO-2020-nin seçmə mərhələsində Albaniya və Fransa millisi ilə matçda vurulan qoldan sonra əsgər salamı verməsi ilə bağlı araşdırmasını başa çatdırıb.

 

Modern.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, UEFA türk futbolçuların bu hərəkətinin qaydalara zidd olmadığını müəyyən edib.

 

Bununla da yığmaya hər hansı bir cəza tətbiq edilməyib.

 

Xatırladaq ki, Türkiyə futbolçuları səfərdə Fransa ilə oyunda (1:1) və evdə Albaniyanı məğlub etdikləri görüşdə (1:0) vurduqları qolları əsgər salamı ilə qeyd etdiklərinə görə, UEFA yığmaya qarşı intizam işi başlatdığını açıqlamışdı.

 

Qeyd edək ki, həmin dövrdə Türkiyə ordusu Suriyada "Barış pınarı" adı altında ant-terror əməliyyatları aparırdı. 

 

T.İSMAYIL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi