Arxiv
14 Dekabr 2019, 11:42 | AKTUAL
Parlamentlərarası Dostluq qrupunun rəhbəri ABŞ Senatının qətnaməsini pislədi

"ABŞ Senatının qondarma "erməni soyqırımı"nın tanınması barədə verdiyi qətnamə ABŞ-Türkiyə münasibətlərinə ciddi xələl gətirəcək".

 

Bu barədə Modern.az-a açıqlamasında Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov bildirib:

 

“12 dekabr tarixində ABŞ Senatı tərəfindən qondarma “erməni soyqırımı”nın tanınmasına dair qəbul edilən qətnamə tarixin saxtalaşdırılması və yalnız erməni lobbisinin çirkin məqsədlərinə xidmət edən qərəzli və heç bir hüquqi əsası olmayan sənəddir. Bu bir siyasi qərardır və konkret olaraq Türkiyə əleyhinə qüvvələrin maraqlarına xidmət edir. Dünyadakı  erməni lobbisi və onları dəstəkləyənlər ermənilərin Cənubi Qafqazda və digər regionlarda törətdikləri cinayətləri ört-basdır etmək üçün qondarma “erməni soyqırımı”nı siyasi möhtəkirlik obyektinə çeviriblər. Bu səbəbdən  də Ermənistan həmin hadisələrin Türkiyənin təklif etdiyi kimi birgə tarixi komissiya tərəfindən araşdırılmasını qəbul etmir. Bütün dünya Ermənistanın işğalçı rejimini tanımalı, törətdiyi qətliamlarla tanış olmalıdır.  İllərdir ki, Ermənistanın Türkiyəyə də ərazi iddiasının olduğu, “Böyük Ermənistan” qurmaq xəyalı ilə yaşadığı hamıya məlumdur. Bir əsr bundan əvvəl baş verdiyi iddia olunan hadisəyə siyasi mülahizələrlə, qərəzli qiymət verməyə çalışan ABŞ Senatı, Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi hərbi təcavüzə, Azərbaycan torpaqlarının işğal olunmasına, bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından qaçqın düşməsinə və Xocalı soyqırımına münasibətdə ikili standartlarla yanaşaraq ədalətli mövqe nümayiş etdirmir.  Azərbaycan və Türkiyə bir millət, iki dövlət olaraq, Türkiyəyə qarşı belə bir qətnamənin qəbul edilməsi,   Azərbaycanda da çox pis qarşılanır. Sözügedən qətnamə Türkiyəyə qarşı düşmənliyi özündə əks etdirən siyasi, hərbi güclərin irəli sürdüyü və qəbul etdiyi qondarma siyasi qərardır”.

 

Qeyd edək ki, sözügedən qətnaməni demokrat senator Robert Menendez, respublikaçı senator Ted Kruz təqdim edib və indiyə qədər  qondarma "erməni soyqırımı"nın  müzakirəsinə 3 dəfə veto qoyulmuşdu.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00 TƏBİB-də daha bir KADR TƏYİNATI 25 Sentyabr 2020, 17:54