Arxiv
14 Dekabr 2019, 15:49 | ÖLKƏ
Müxalifət partiyaları seçki bloku yaradacaq?

Müstəqil Azərbaycanın seçki tarixində müxalifət partiyaları dəfələrlə bir araya gələrək parlament seçkilərində blok şəklində iştirak ediblər. Bəs görəsən müxalifət növbədənkənar parlament seçkilərinə də bloklarla gedə bilərmi?

 

Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a açıqlamasında seçki blokunun yaradılması ilə bağlı heç bir təşəbbüsün olmadığını söyləyib:

 

“Blok yaratmaq üçün də sənədləşmə işi seçki qanunvericiliyinə görə çox çətin bir prosesdir. Bildirmək istətyirəm ki, son zamanlar bloklaşma işinə qol qoyan partiyalar yoxdur. Eyni zamanda, partiyanın gərək bütün sənədləri yerində olsun. İndiki vəziyyətdə siyası partiyaların seçki blokunun yaradılması haqqında heç bir təşəbbüs yoxdur. Gərək təklif olunsun ki, bununla da bağlı müzakirələr aparılsın”.

 

Ümid Partiyasının sədri İqbal Ağazadə isə funksional əməkdaşlıq barədə müzakirələrin olduğunu vurğulayıb:

 

“Ancaq bloklaşma barədə heç bir danışığımız olmayıb. Düşünürəm ki, bloklaşma məsələsi artıq gecdir. Sənədlərini dairə seçki komissiyasına təqdim edən bir siyasi partiyanın kiminləsə bloklaşmaya getməsi absurd bir şeydir”.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da hesab edir ki, blokların yaradılması və qeydiyyata alınması çox uzun bir proses tələb edir:

 

“Blok şəklində seçkiyə getməyin texniki tərəfləri var. Bilirsiniz ki, Azərbaycan müxalifəti seçkidən qabaq dağınıq bir vəziyyətdə idi. Bütün bunları nəzərə alsaq görərik ki, blok şəklində seçkiyə getmək qeyri mümkündür. Ona görə də hər partiya ayrı-ayrı gedəcək. Bütün bunların əvəzinə müxalifətin vahid namizədlik məsələsində razılaşmaq mümkündür. Yəni hər dairədən bir müxalifətin getməsinə nail olmaq olar. Bu zaman digər alternativlər olmaz. Düşünürəm ki, belə olsa müxalifətin seçkilərdə ciddi uğur əldə etməsinə şərait yaradar”.

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublunun sözlərinə görə, blokların yaradılması ilə bağlı müzakirələr aparılmayıb:

 

“Bilirsiniz ki, müxalifət partiyalarının yarısı getmək, yarısı da qalmaq qərarındadır. Buna görə də vahid mövqe olmadığından, hər bir partiya özünün siyasi fəaliyyətinə uyğun olaraq, yəni seçkiyə münasibətinin fonunda öz qərarlarını çıxarırlar. Gedənlər də arqumentdən çıxış edirlər. Məhz bu baxımdan da partiyalarda vahid mövqe olmadığından, düşünmürəm ki, hər hansı bir blok yaransın. Namizədlərin təbliğat kampaniyası zamanı hər hansı bir seçki pozuntusu olarsa, buna qarşı bir platforma təşkil etmək olar. Yəni bu kimi hallar istisna edilmir. Təbii ki, bu da demokratiyaya aid olan məsələlərdi. Ancaq hələ ki seçki başlamamışdan qabaq belə bir birlik olmayıb”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13