Modern.az

Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO

Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO

15 Dekabr 2019, 12:38

Bu gün səhər saat 8.20-8.30 radələrində Bakı metrosunun "Azadlıq prospekti" stansiyasında 20-25 yaşlarında bir soydaşımız qəfil qatar relslərinin üstünə yıxıldı. Modern.az-ın məlumatına görə, bunu jurnalist Səməd Məlikzadə özünün “Facebook” hesabında bildirib.

 

Onun sözlərinə görə, bir anda iki gənc özünü ona tərəf atıb və oğlanı qatar keçən ərazidən çıxarıblar:

 

“Tezliklə "Dərnəgül" stansiyasından qatarın gəlişi gözlənilirdi. Elə belə də oldu. Təxminən bir dəqiqə keçmiş həmin istiqamətdən gələn qatar stansiyaya girdi. Xoşbəxtlikdən ağır faciə baş vermədi...
Soydaşımız huşunu itirmişdi. Biz onun ürək tutmasından yıxıldığı qənaətindəydik. Oğlanı stansiyadakı oturacağa uzatdılar. Qadınlardan biri dedi ki, “deyəsən epilepsiyası var, barmaqlarını yığılmağa qoymayın və ağzını açın”. Belə də etdilər və soydaşımız özünə gəldi.
Az sonra polis əməkdaşları onu yanlarına alıb müayinə üçün apardılar. Həmin anda mənə elə gəldi ki, hər şey qaydasındadır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi