Arxiv
16 Dekabr 2019, 00:06 | AKTUAL
344 region sakini pulsuz hüquqi yardım alıb

"Bu ilin 8 ayı ərzində regionlarda yaşayan 344 nəfərə pulsuz hüquqi yardım göstərilib. Hüquqi yardım göstərilən şəxslərin əksəriyyəti aztəminatlı şəxslər olub".

 

Bu barədə Modern.az-a məlumat verən Xalid Kazımov bildirib ki, fəaliyyətləri 3 istiqamətdə həyata keçirilib: "Xidmət çərçivəsində regionlarda əhalinin aztəminatlı və sosial cəhətdən həssas qrupları  hüquqi yardımla təmin edilib. Xidmətlər Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi (Gürcüstan) təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində göstərilib.
Əhalinin göstərilən xidmətlərə əlçatanlığını təmin etmək üçün “qaynar xətt” xidməti (0702902299) yaradılıb. Sosial şəbəkədə (“Facebook”, “İnstagram” və “WhatsApp”da) hesab yaradılıb və edilən müraciətlər onlayn cavablandırılıb. 34 rayonundan “Qaynar xətt” xidməti, “Facebook”, “İnstagram” və  “WhatsApp” səhifəsinə daxil olan 132 müraciət cavablandırılıb. “Qaynar xətt” vasitəsi ilə  37 nəfərə, “Facebook” səhifəsi  üzərindən 48 nəfərə, “İnstagram”la 20 nəfərə, “WhatsApp”la 27 nəfərə hüquqi yardım göstərilib. Bu platformalar üzərindən hüquqi yardım göstərilənlərdən 67 nəfəri qadın olub.


Bundan başqa müraciət edən 178 nəfərə xidmətin ofislərində hüquqi yardım göstərilib. Müraciət edənlərdən 74 nəfər üçün ayrı-ayrı dövlət qurumlarına ərizə və şikayət yazılıb, 43 nəfərin məhkəmələrə iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlanıb.  52 nəfərə icra olunmayan məhkəmə qərarına görə müvafiq İcra və Probasiya Şöbəsinə ərizə yazılıb, 9 nəfərə hüquqi məsləhət verilib.  Müraciətlərdən  47-si alimentin ödənilməməsi ilə bağlı olub. Alimentlə bağlı məhkəmə qərarlarının icrası ilə bağlı rayon icra və probasiya şöbələrinə edilən müraciətlərdən sonra 43 nəfərin aliment borcunun müəyyən hissəsinin ödənilməsinə nail olunub. Dövlət qurumlarına edilən müraciətlərdən sonra Qarabağ müharibəsi iştirakçısı olan 1 nəfərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsində itirilən hərbi biletinin dublikatı alınıb, 2 nəfərə Qarabağ müharibəsi veteranı adı verilib. Bu xidmətdən faydalananlardan 93 nəfəri qadın olub.
Xidmət dövründə 34 nəfərin  məhkəmədə müdafiəsi təmin edilib.  İndiyədək 23 məhkəmə iddiası üzrə məhkəmə prosesi yekunlaşıb. 17 iş üzrə qaldırılan iddialar təmin edilib. 3 iş üzrə iddia rədd edilib.  Qalan işlər üzrə məhkəmə prosesləri davam etdirilir.  Ümumilikdə hər üç istiqamət üzrə 344 nəfərə hüquqi yardım göstərilib ki, onlardan da 171 nəfəri qadın olub".


X.Kazımovun sözlərinə görə, regionlarda keçirilən məlumatlandırma sessiyalarına isə 162 nəfər qatılıb: "Həmçinin, Qanunvericiliyin ölkə vətəndaşlarına verdiyi sosial, təhsil və səhiyyə hüquqlarının əks olunduğu “Hüquq hamı üçün” adlı buklet hazırlanaraq 2000 ədəd çap edilib və Bakı şəhəri, Bərdə və Tərtər, Yevlax, Goranboy, Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Şəki, Zaqatala, Qax və Oğuz rayon sakinləri arasında yayılıb. Regionlarda rast gəlinən hüquq pozuntuları və onların qarşısının alınması ilə bağlı ekspert təkliflərinin də yer aldığı 6 araşdırma yazı hazırlanaraq 1 qəzet  və 2 onlayn mediada dərc edilib".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40 15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - FOTOLAR 14 Avqust 2020, 16:34 Tələbələrin köçürülməsi qaydası açıqlandı 14 Avqust 2020, 16:28 Sayğaclara müdaxilə etmək mümkündür? - "Azərişıq"dan açıqlama 14 Avqust 2020, 16:22 “İtaliya mətbuatında ermənilərin növbəti yalanları ifşa olunub”  14 Avqust 2020, 16:16 Nişan mərasimi keçirənlərin işi məhkəməyə göndərildi 14 Avqust 2020, 16:10 13 erməni öldü, 300-dən çoxu yaralandı - RƏSMİ 14 Avqust 2020, 16:04 Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı 14 Avqust 2020, 16:03 Tələbələrin köçürülməsinin vaxtı açıqlandı   14 Avqust 2020, 15:58