Modern.az

18 martın hava proqnozu verilib

18 martın hava proqnozu verilib

Aktual

17 Mart 2012, 20:01

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə martın 18-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz saatlarında əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.

Hava şəraitinin qısa icmalına gəlincə isə martın 18-19-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir