Modern.az

Avropa Parlamentinin seçkiləri izləməmə səbəbi bəlli oldu

Avropa Parlamentinin seçkiləri izləməmə səbəbi bəlli oldu

8 Yanvar 2020, 21:13

Azərbaycanda  9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinin Avropa Parlamenti tərəfindən izlənilməyəcəyi barədə bəzi saytlarda məlumatlar yer alıb. Amma yayılan məlumatlarda Avropa Parlamentinin belə qərar verməsinin səbəbləri açıqlanmayıb.


Modern.az məlumatı dəqiqləşdirmək üçün beynəlxalq təşkilatlarda təmsil olunan beşinci çağırış Milli Məclisin deputatı Sabir Hacıyevlə əlaqə saxlayıb.

Sabir Hacıyev saytımıza açıqlamasında bildirib ki, Avropa Parlamentinin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini izləməsi qeyri mümkündür:

"Ona görə ki, Azərbaycan Avropa Parlamentinə seçkiləri izləmək üçün dəvət göndərməyib. Dəvət göndərilməyibsə, hansı izləməkdən, müşahidəçi göndərməkdən söhbət gedə bilər?!"

"Avropa Parlamenti ilə müəyyən əlaqələr mövcuddur. Ancaq Azərbaycan Avropa Parlamentinin üzvü deyil",- deyə Sabir Hacıyev əlavə edib.

Qeyd edək ki, Avropa Parlamentinin seçkiləri izləməkdən imtina etməsi barədə informasiyanı "Turan" agentliyi yayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir