Arxiv
15 Yanvar 2020, 15:01 | AKTUAL
AMEA Strasburq Universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Fransanın Strasburq Universitetinin rektoru Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti və Fransanın Azərbaycandakı səfiri Zakari Qros ilə görüşüb.



Modern.az xəbər verir ki, görüşdə akademik Ramiz Mehdiyev AMEA-nın tarixi inkişaf yolu və həyata keçirilən elmi-tədqiqat işləri haqqında danışıb. AMEA-nın elmi bölmələri haqqında ətraflı məlumat verən akademik burada müxtəlif sahələri əhatə edən çoxistiqamətli elmi-tədqiqatların həyata keçirildiyini nəzərə çatdırıb.

 

Qeyd edib ki, son illər Akademiyada beynəlxalq elmi əlaqələrin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir, bir sıra elm və təhsil müəssisələri ilə əməkdaşlığa dair sənədlər imzalanır. Ölkələrimiz arasında dostluq əlaqələrinin dərin köklərə söykəndiyini deyən akademik Ramiz Mehdiyev digər sahələrdə olduğu kimi, elm sahəsində də sıx əlaqələrin olduğunu və bu qarşılıqlı elmi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

Səmimi qəbula görə, akademik Ramiz Mehdiyevə minnətdarlığını bildirən Strasburq Universitetinin rektoru Mişel Deneken azərbaycanlı alimlərlə əməkdaşlığa əhəmiyyət verdiklərini vurğulayıb. İki ölkənin elm və ali təhsil qurumları arasında qarşılıqlı elmi əlaqələrin inkişaf etdiyini bildirib.

Fransanın ölkəmizdəki səfiri Zakari Qros çıxış edərək iki ölkə arasında əlaqələrdən, elmi əməkdaşlıqdan danışıb. O, Strasburq Unversitetinin bir qrup aliminin Bakıya səfərinin uğurlu olacağına əminliyini ifadə edib. Səfir bu görüşün elmi əlaqələrin daha da genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini də deyib.

Akademik Ramiz Mehdiyev AMEA-nın institut və təşkilatları ilə Fransanın elmi mərkəzləri arasında əlaqələrin davam etdiriləcəyini, perspektiv əməkdaşlıq imkanları istiqamətində bundan sonra da müzakirələr aparılacağını vurğulayıb.

Tədbirdə AMEA ilə Strasburq Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanması istiqamətində razılıq əldə olunub. Qeyd edilib ki, yaxın günlərdə Bakıda AMEA-nın Fəlsəfə və Coğrafiya İnstitutları ilə birlikdə “İdeyalar gecəsi 2” adlı tədbir də keçiriləcək.

Görüşdə AMEA-nın birinci vitse-prezidentləri – akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, Fransa səfirliyinin müşaviri Jerom Kel, Strasburq Universitetinin strategiya və inkişaf üzrə vitse-prezidenti Kristel Roy, Fransa-Azərbaycan Universiteti (UFAZ) üzrə əlaqələndirici Jan-Mark Planeks, UFAZ-ın direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen, Fransa səfirliyinin əməkdaşı Qəmər Əfqani iştirak ediblər.
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zobcuq sakinləri Vüqar Bayramovu böyük təntənə ilə qarşıladı - FOTO 25 Yanvar 2020, 18:00 Sumqayıtda mənzildə qadın meyiti tapılıb 25 Yanvar 2020, 17:58 Gürcüstan vətəndaşının Bakıda bank hesabı qarət edildi 25 Yanvar 2020, 17:45 Çindəki azərbaycanlı doktorant: “Çıxış bağlanıb, övladımın virusa yoluxacağından çox qorxuram” 25 Yanvar 2020, 17:29 “5 rayon qaytarılır, Kəlbəcərlə Laçın keçid status alır” – Paşinyandan SENSASİON AÇIQLAMALAR 25 Yanvar 2020, 17:23 Rövşən Sadıxov iki kəndin seçiciləri ilə görüşüb - FOTOLAR 25 Yanvar 2020, 17:11 “Dünyanın ən gözəl, ziyalı və qayğıkeş qadınları Azərbaycan xanımlarıdır” - TAHİR MİRKİŞİLİ - FOTOLAR 25 Yanvar 2020, 17:00 Musa Qasımlı seçicilərlə bir arada - FOTOLAR 25 Yanvar 2020, 16:45 Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib 25 Yanvar 2020, 16:39 Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır? 25 Yanvar 2020, 16:31 Qobu Parkda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTO 25 Yanvar 2020, 16:26 XİN-dən Çindəki azərbaycanlılarla bağlı  YENİ AÇIQLAMA 25 Yanvar 2020, 16:24 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - FOTOLAR 25 Yanvar 2020, 16:19 Gəncədə hərbi şəhərçiyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər-VİDEO   25 Yanvar 2020, 16:16 Çinin karantin edilən şəhərində azərbaycanlı tələbələr də var - ÖZƏL 25 Yanvar 2020, 16:08 Heydər Əliyev Fondu Salyanda yeni məktəb binası inşa etdi - FOTOLAR 25 Yanvar 2020, 16:03 “Azərenerji” ASC-nin sədrinə ağır itki üz verdi 25 Yanvar 2020, 15:51 İt dişləməsindən ölən şagirdlə bağlı AÇIQLAMA: “Poliklinikaya getməyib” 25 Yanvar 2020, 15:40 Leriki Milli Məclisdə kim layiqincə təmsil edə bilər? - İqbal Məmmədov yoxsa digərləri... Niyə məhz İQBAL MƏMMƏDOV! 25 Yanvar 2020, 15:35 Azərbaycanda ödənişli xidmətlərin dəyəri rekord vurub 25 Yanvar 2020, 15:29  Könül Nurullayeva: "Seçicilərimi əl-ələ verib birgə çalışmağa səslədim” - FOTOLAR 25 Yanvar 2020, 15:24 AŞPA-da 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək 25 Yanvar 2020, 15:20 Prezident zəlzələ bölgəsindəki azərbaycanlı tələbələrlə bağlı TAPŞIRIQ VERİB 25 Yanvar 2020, 15:13 “AzerGold” QSC “Milli KSM-2019” mükafatına layiq görüldü 25 Yanvar 2020, 14:58 Zəlzələ bölgəsindəki azərbaycanlı tələbə: “Biz zərərçəkənlərə kömək edirik, səfirlik bizlə maraqlanmır...” 25 Yanvar 2020, 14:46 Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək 25 Yanvar 2020, 14:40 Ziyafət Əsgərov seçicilərlə - FOTOLAR 25 Yanvar 2020, 14:34 Özbəkistanın yeni hökuməti təsdiqləndi 25 Yanvar 2020, 14:24 Daxili orqanında narkotik vasitə keçirmək istədi 25 Yanvar 2020, 14:12 67 nömərli marşrut da kart sisteminə keçir 25 Yanvar 2020, 14:08 Çingiz Qənizadənin seçicilərlə görüşünə müdaxilə cəhdi - FOTOLAR 25 Yanvar 2020, 13:59 Deputatlığa namizəd LƏMAN ƏLƏŞRƏFQIZINDAN DAHA BİR ÇAĞIRIŞ 25 Yanvar 2020, 13:45 “Zəhmətə qiymət vermək ən böyük alicənablıqdır” – Jalə Əliyevanın vəkili – FOTOLAR 25 Yanvar 2020, 13:33 Deputatlığa namizəd Mütəllim Rəhimlinin həyat yoldaşıSeçki kampaniyasına kömək edə bilmərəm   25 Yanvar 2020, 13:23 Ziyad Səmədzadə şəhid ailələri ilə görüşdü – FOTOLAR 25 Yanvar 2020, 13:22
SORĞU Yeni parlamentdə kimlər olsun?