Modern.az

Leyla Əliyevanın təşkil etdiyi müsabiqənin qalibləri bəlli oldu

Leyla Əliyevanın təşkil etdiyi müsabiqənin qalibləri bəlli oldu

15 Yanvar 2020, 20:19

Rusiya Azərbaycanlı Gənclər İttifaqının (RAGİ) sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan "AMOR Təqaüdü” müsabiqəsinin qalibləri məlum olub.

Modern.az  xəbər verir ki, bu il, ilk dəfə olaraq Rusiya Azərbaycanlı Gənclər İttifaqı tərəfindən, Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil alan əlaçı tələbələr, məbləğindən asılı olmayaraq təhsil haqlarının ödənilməsi üçün unikal fürsət əldə edəcəklər. Rusiya Azərbaycanlı Gənclər İttifaqının saytında və sosial şəbəkələrdəki rəsmi səhifələrdə elan edilmiş müsabiqənin sənəd qəbulu yekunlaşıb, daha sonra tələbələrin müraciətləri müsabiqənin tələblərinə uyğun olaraq yoxlanılıb və qaliblər müəyyən edilib.

Xatırladaq ki, müsabiqədə Rusiya Federasiyasının universitetlərində əyani əsasda bakalavr və ya magistr proqramları üzrə təhsil alan əlaçı Azərbaycanlı tələbələr iştirak edib.

Rusiya Azərbaycanlı Gənclər İttifaqı Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Rusiya Federasiyasında Azərbaycanlı gənclərin vahid təşkilatda birləşməsi, onların sosial sahədə, yaradıcılıq və təhsil istiqamətlərində təşəbbüslərinin dəstəklənməsi məqsədilə yaradılıb. Qeyd olunan layihə, təhsildə fərqlənən tələbələrə hərtərəfli dəstək göstərmək və gənclərin təhsilə olan marağını artırmaq məqsədi ilə həyata keçirilir.

Qeyd edək ki, Rusiya Azərbaycanlı Gənclər İttifaqı təqaüd layihəsini bu ildən etibarən hər il keçirəcək. Bununla əlaqədar gəncləri, təşkilatın www.amor.az rəsmi saytını və sosial şəbəkələrdə fəaliyyətini izləməyə və gələcək müsabiqələr haqqında məlumatlı olmağa dəvət edirik.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir