Modern.az

Məktəblilərin qış tətilinin vaxtı AÇIQLANDI - 9 gün

Məktəblilərin qış tətilinin vaxtı AÇIQLANDI - 9 gün

16 Yanvar 2020, 19:40

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır. 

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, tətil 27-31 yanvar tarixlərini əhatə edəcək. 

 

Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü iş günüdür.

 

 

Qeyd edək ki, yanvarın 25-26 və 1-2 fevral tarixlərinin şənbə-bazar günlərinə təsadüf etdiyini nəzərə alsaq, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərin şagirdləri 9 gün istirahət edəcəklər.

 

Xatırladaq ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...