Modern.az

Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun tərkibi təsdiqlənib

Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun tərkibi təsdiqlənib

16 Yanvar 2020, 19:10

Ali Radada (parlament) Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun tərkibi təsdiqlənib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, işçi qrupun tərkibinə 49 deputat daxildir. Qrupun həmsədrləri Valeri Koliux və Vladimir Kreidenko (hər ikisi Xalqın Xidmətçisi Partiyasından) olub.


İclasda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov çıxış edərək işçi qrupu üzvlərilə ölkənin azərbaycanlı diasporunun nümayəndələri arasında görüş keçirməyin vacibliyini vurğulayıb. Bu təkif iclas iştirakçıları tərəfindən rəğbətlə qarşılanaraq qəbul edilib.

Həmçinin, qrupun daha səmərəli fəaliyyət göstərməsi üçün qrup katibinə namizəd irəli sürmək təklif edilib. H.Cavadov tərəfindən irəli sürülən İvan Slobodianikin namizədliyi də təsdiqlənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir