Modern.az

Yayda \"Xətai\" metro stansiyasında qatarlar ikitərəfli hərəkət edəcək

Yayda \

17 Yanvar 2020, 13:14

Bakı metropoliteninin “Cəfər Cabbarlı” stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.

 

Modern.az görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

B.Məmmədov bildirib ki, hazırda stansiyada işlər davam etdirilir:

 

“Artıq stansiyasında memarlıq baxımından işlərə başlanılıb. Divarlara mərmər-qranit örtüklər dəyişdirilir, yenisi vurulur. Artıq stansiya yolunun quraşdırılmasına da başlanılıb. Artıq köhnə yol sökülüb. “Cəfər Cabbarlı” stansiyasından “Xətai” stansiyasına gedən yol dəmir-beton konstruksiyalı olacaq və qatarların ikitərəfli hərəkəti bu ilin ortalarına təşkil olunacaq". Stansiya yay aylarında istifadəyə veriləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir