Modern.az

Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi - FOTO

Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi - FOTO

Aktual

17 Yanvar 2020, 19:17

Milli Məclisə növbədənkənar seçkilərinə 60 saylı Salyan – Neftçala seçki dairəsindən namizədliyi qeydə alınan Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verib.

 

Modern.az xəbər verir ki, Xələc kəndində keçirilən görüşdən öncə Fəzail Ağamalı 2016-cı ilin aprel döyüşlərində şəhid olan Baş leytenant Rəşid Mehdiyevin cox saylı seçicilərin iştirakılə ata ocağında olub.

 

Şəhidin atası Rövşən Mehdiyevlə birgə kəndin Şəhidlər Xiyabanı ziyarət edilib. Onların ruhuna dualar oxundu. Daha sonra Xələc kəndində seçicilərlə görüş keçirilib.

 

Fəzail Ağamalı son dörd ildə deputatlıq fəaliyyəti və ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin önəmili tərəfləri üzərində dayanıb.

 

Seçicilərin rəy və təklifləri ətrafında fikir mübadiləsi aparıldı və seçicilər qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini söyləyib ona uğurlar arzulayıblar.

 

Daha bir görüş seçki dairəsinin ərazisində yaşayan Qarabağ qazilərilə keçirilib. 60-dan çox qazinin iştirak etdiyi görüşdə ölkə prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci Vitse prezidenti xanım Mehriban Əliyevanın şəhid ailələrinə, Qarabağ qazilərinə göstərdikləri diqqət və qayğı minnətdarlıq hissilə qeyd olunub. Eyni zamanda onlar tərəfindən qaldırılan bir sıra problemlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə qazilər Fəzail Ağamalını dəstəklədiklərini vurğulayıb, ona seçkilərdə qələbə arzulayıblar.

 

Yüksək səviyyədə keçirilən hər iki görüşün foto şəkillərini Sizə təqdim edirik

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi