Modern.az

“Güclü Millət - Qüdrətli Dövlət yolunda sizin səsiniz!” – Musa Qasımlı

“Güclü Millət - Qüdrətli Dövlət yolunda sizin səsiniz!” – Musa Qasımlı

17 Yanvar 2020, 21:59

"Bu gündən deputatlığa namizədlərin  təbliğat- təşviqat kampaniyası başlayır. Bildiyiniz kimi, mən həmişə xaos, anarxiya və qarışıqlığın, populist çıxışların qəti şəkildə əleyhinə çıxmış, millətimizin güclü, dövlətimizin qüdrətli olmasına çalışan insanların yanında yer almışam. Ona görə də seçkiyə “Güclü Millət- Qüdrətli Dövlət yolunda sizin səsiniz!” şüarı ilə qatılıram. 72 saylı Yardımlı- Masallı seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd olan şəxslərə dərin hörmət və ehtiramımı bildirirəm. Təbliğat- təşviqat kampaniyamı dövlətimizin qanunlarına ciddi riayət etməklə, milli- mənəvi dəyərlərimiz və aldığım ailə tərbiyəsi əsasında aparacağam. Dəyərli seçicilərimi bu dəfə də fəal olmağa çağırıram. Fəaliyyətim barədə sizlərə günün sonunda məlumat verəcəyəm. Allah uca millətimizi və müqəddəs dövlətimizi qorusun!".

Modern.az xəbər verir ki,  bunu 72 saylı Yardımlı- Masallı seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Musa Qasımlı bildirib.

M.Qasımlı təbliğat- təşviqat kampaniyamın birinci günündəki fəaliyyətim barədə seçiciləri məlumatlandırıb: "İlk növbədə, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini, Vətən uğrunda qəhrəmancasına həlak olmuş Yardımlı şəhidlərinin şərəfinə ucaldılmış xatirə kompleksini ziyarət edərək çiçək dəstələri qoydum. İşğalçı Ermənistana qarşı mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimiz- Anzov kəndindən İlqar Şəkərov, Arzu Fətullayev, Səttar Quliyev, Seyfəddin İbişov, Seymur Bəbirov, Çayüzü kəndindən Nizami Cəbiyev, Mahir Aslanov, Şəfəqli kəndindən Kamal Musayev, Sarvan Məmmədov, Səyyar Şabiyev, Arzu Muradovun ailə üzvləri və qohumları ilə görüşdüm. Şəhid yaxınları dövlətimizin onlara göstərdiyi qayğıdan, xüsusən evlərin tikintisindən razılıqlarını bildirdilər. Hamarkənd və Anzov kəndlərində yas məslislərində iştirak etdim. Anzov, Ərus, Bilnə kəndlərinin ağsaqqalları ilə görüşdüm.Orta məktəb müəllimlərim - Zabi müəllim İbişov ( Anzov kəndi) Sərdar müəllim Əbişov ( Osnakəran kəndi), Ağaqulu müəllim Əliyev (Bürzünbül kəndi), Əlihüseyn müəllim Paşayev (Bilnə kəndi), Bayram müəllim Mirzəyev ( Ərus kəndi), Tağızadə müəllim Məmmədov ( Jiy kəndi), Aydın müəllim Məmmədov ( Şəfəqli kəndi), Yardımlı rayon Veteranlar Şurasının sədri Hüseyn müəllim Vəliyevə evlərində ( Çayüzü kəndi) baş çəkdim. Xeyir-dua verdilər. Görüşlərdən bir neçə fotoşəkli təqdim edirəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır