Modern.az

Kamran Bayramov seçicilərlə ilk görüşünü keçirib - FOTOLAR

Kamran Bayramov seçicilərlə ilk görüşünü keçirib - FOTOLAR

Aktual

18 Yanvar 2020, 10:29

100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən namizədliyi qeydə alınmış Kamran Bayramov dünən seçicilərlə ilk görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Kamran Bayramov seçkiqabağı təşviqatının ilk günündə dairənin ən böyük yaşayış məntəqəsi olan Kür qəsəbəsində Mərkəzi Seçki Komissiyasının təyin etdiyi qapalı yerdə seçicilərlə görüş keçirib.

 

Kamran Bayramov seçicilərlə keçirtdiyi görüşdən sonra qəsəbədə yaşamış aprel şəhidi Vüsal Alıyevin qəbrini ziyarət edib, əziz xatirəsini yad edib, anası Şahnaz xanıma baş çəkib, ailəsi ilə xeyli söhbət edib.

 

Həmin gün Kür qəsəbəsini qapı-qapı gəzən deputatlığa namizəd seçicilərin gündəlik həyatı, problemləri ilə maraqlanıb, seçkilərdə fəal iştirak etməyə dəvət edib, təşviqat aparmağı da unutmayıb.

 

Kamran Bayramov günün son nöqtəsini Səməd Vurğun kəndində keçirib. Kəndin küçələrini gəzib, seçicilərlə və kəndin ağsaqqalları ilə söhbətləşib, çay süfrəsi arxasında maraqlı müzakirələr aparıb, kəndin həyatı və problemləri ilə maraqlanıb, kənddən olduqca xoş təəssüratlarla ayrılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır