Modern.az

Novruz Aslanov daha 4 kənddə oldu və təhsil işçiləri ilə də görüşdü - FOTOLAR

Novruz Aslanov daha 4 kənddə oldu və təhsil işçiləri ilə də görüşdü - FOTOLAR

23 Yanvar 2020, 10:02

Yanvarın 22-də 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruz Aslanov Buynuz, Topçu, Qurbanəfəndi və Talıstan kəndlərində vəkilləri ilə birgə seçicilərlə görüşüb.

 

 Modern.az xəbər verir ki, bununla da təşviqat kampaniyası 22 kəndi əhatə edib.

 

Böyük seçici kütləsi qarşısında çıxış edən Novruz Aslanov öncə seçiciləri salamlayaraq bu yeni ildə onlara uğurlar, bol-bol ruzi və can sağlığı arzulayıb. Aparılan islahatların hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə yönəldiyini vurğulayan namizəd bu məsələlərə Milli Məclisin də dəstəyindən danışdı. Deputatların əksəriyyətinin təşəbbüsü ilə parlamentin buraxılması dünyada nadir hadisələrdən biridir. Bu hadisənin mərkəzində yeni, daha çevik və təkmil bir parlamentin yaradılması durur. Dövlətin ali qanunverici orqanınında belə bir islahatın aparılması zərurətdən irəli gələn bir məsələ olduğunu seçicilərin diqqətinə çatdıran Novruz Aslanov hər birimizin bu yeniliklərə töhfə verəcəyinə ümid etdiyini bildirmişdir.

 

Günün ikinci yarısı rayonun mədəniyyət mərkəzində təhsil işçiləri və ziyalıları ilə geniş tərkibdə görüş baş tutub. 400 nəfərə yaxın təhsil işçisinin qatıldığı tədbiri giriş sözü ilə açan rayonun ağsaqqallar şurasının sədri Valeh Selehov çıxışının sonunda sözü əməkdar müəllimlər Şəfaqət Rəsulova və Aydın Əzizova verdi. Hər iki natiq Novruz Aslanovun deputatlıq fəaliyyətindən söhbət açmış və rayon sakinlərinin müraciətlərinə diqqətlə yanaşaraq həllinə çalışmasından danışmışlar. Daha sonra Novruz Aslanovun vəkili, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu söz aldı. Çıxıçında vəkillik missiyasını daşıdığından fərəhlənən şair bu məsələdə daim Novruz Aslanovun yanında olduğunu bilirdi və seçkilərdə ona uğurlar arzuladı.

 

Əlavə olaraq bildirək ki, yanvarın 23-də daha 7 kənddə görüşlərin keçirilməsi nəzərdə tutulub.    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi