Modern.az

Nigeriyada Lassa qızdırmasından 29 nəfər ölüb

Nigeriyada Lassa qızdırmasından 29 nəfər ölüb

26 Yanvar 2020, 19:21

Yanvar ayı ərzində Nigeriyada Lassa qızdırmasından 29 nəfər ölüb, 195 nəfərin infeksiyaya yoluxduğu təsdiqlənib.

 

Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə,  bu barədə Nigeriya Xəstəliklərə nəzarət üzrə mübarizə mərkəzi məlumat yayıb.

 

Lassa qızdırması tənəffüs sisteminin, böyrəklərin, mərkəzi sinir sisteminin zədələnməsi ilə xarakterizə olunan kəskin yoluxucu xəstəlikdir. İnfeksiyanın əsas daşıyıcısı Afrika siçovullarıdır. Xəstəlik ərzaq, su, hava-damcı, cinsi əlaqə yolu ilə keçə bilər. Xəstəliklə əlaqədar əsas profilaktik tədbirlər siçovullarla mübarizə, ərzaq və suyun qorunmasıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır