Modern.az

18 yaşlı müğənni 4 “Qremmi” qazandı

18 yaşlı müğənni 4 “Qremmi” qazandı

27 Yanvar 2020, 11:29

18 yaşlı Billi Ayliş tarixdə eyni ildə 4 əsas nominasiya üzrə “Qremmi” mükafatı qazanan ikinci müğənni oldu.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı müğənni 62-ci dəfə keçirilən “Qremmi” mükafatlandırma mərasimində “Ən yaxşı yeni sənətçi”, “İlin mahnısı” (Bad Guy), “İlin musiqi qeydi” (Bad Guy), “İlin albomu” (When We All Fall Asleep, Where Do We Go?) kateqoriyaları üzrə mükafatların sahibi olub.

 

Qeyd edək ki, bu 4 mükafatı son dəfə 1981-ci ildə Kristofer Kross qazanıb.

 

Əfsanə ŞƏRİF

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi