Arxiv
27 Yanvar 2020, 18:06 | AKTUAL
Rektor kafedra müdirini CƏZALANDIRDI

Azərbaycan Tibb Universitetinin (ATU) Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətində bəzi kafedra əməkdaşlarının üzürsüz səbəbdən işdən qalması, əmək funksiyasını yerinə yetirməməsi, bəzi işçilərin isə işini keyfiyyətsiz yerinə yetirməsi ilə bağlı məsələlərə baxılıb.

 

Modern.az xəbər verir ki, ATU-nun Travmatologiya kafedrasının assistenti Kazım Emil Mayıl oğlunun üzürsüz səbəbdən iş buraxması, əmək funksiyasını yerinə yetirməməsinə dair Həmkarlar İttifaqına ATU rektoru Gəray Gəraybəyli tərəfindən təqdimat daxil olub. 

 

Komitənin sədri dosent C.Qasımov bildirib ki, Rəyasət Heyətinin toplantısında həmin təqdimat obyektiv araşdırılıb. 

 

Müzakirələr nəticəsində qeyd olunub ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə Kazım Emil Mayıl oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə razılıq verməliyik. Bununla əlaqədar rektora müraciət olunub. ATU-nun Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin 15 yanvar 2020-ci il tarixli 33 saylı protokolunda bildirilir ki, Emil Kazım 30 oktyabr, 14 və 21 noyabr, həmçinin 6,18 və 19 dekabr 2019-cu il tarixlərində üzürlü səbəb olmadan iş buraxıb. Ona görə də Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci bəndinə əsasən travmatologiya kafedrasının assistenti Kazım Emil Mayıl oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi qərara alınıb. Həmçinin ona xəbərdarlıq edlib ki, belə hal bir daha təkrarlanarsa, daha ciddi tədbirlər görüləcək.

 

Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin üzvləri Travmatologiya kafedrasında əməkdaşların, o cümlədən professor-müəllim heyətinin işə davamiyyətinə nəzarət etmədiyinə və bununla kafedrada tədrisin təşkilində yaranmış ciddi pozuntulara yol verdiyinə görə kafedra müdiri, professor Əhməd Əhmədzadəyə də xəbərdarlıq olunmasını tövsiyə ediblər.

 

Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin iclasında həmçinin ATU-nun neyrocərrahiyyə kafedrasının müdiri, professor Sabir Etibarlının əmək və icra intizamını pozması haqqında məsələ də müzakirə olunub. Əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə ona töhmət verilməsinə dair razılıq əldə olunub.

 

Fakültə dekanlarına və həmkarlar təşkilatlarının sədrlərinə tapşırılıb ki, digər kafedralarda belə halların bir daha təkrarlanmaması üçün Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin qərarı kafedra əməkdaşlarının nəzərinə çatdırılsın. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağda koronavirus TÜĞYAN EDİR: Xankəndi, Şuşa, Kəlbəcər, Xocalı... 26 Sentyabr 2020, 11:35 Qaxın turizm marşrutu tullantılardan təmizlənib - FOTO 26 Sentyabr 2020, 11:24 Ermənistanda koronavirusa yoluxanların sayı 49 mini ötüb 26 Sentyabr 2020, 11:18 İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı YENİLİK 26 Sentyabr 2020, 11:12 Gədəbəydə arvadını bıçaqlayan ər qaçdı 26 Sentyabr 2020, 11:06 Rusiyadan gətirilən məhsullarda koronavirus aşkarlandı 26 Sentyabr 2020, 11:00 Gübrənin qiyməti ucuzlaşdı   26 Sentyabr 2020, 10:54 Deputat seçicilərilə görüşüb - FOTO 26 Sentyabr 2020, 10:48 Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin yalanından DANIŞDI 26 Sentyabr 2020, 10:43 Azərbaycan nefti bahalaşdı 26 Sentyabr 2020, 10:36 Sürücülərin nəzərinə - bu yol bağlanır 26 Sentyabr 2020, 10:30 Direktorluğa namizədlərin nəzərinə - Vakant yerlərin siyahısı açıqlandı 26 Sentyabr 2020, 10:23 Qarabağ proksi-savaşı? 26 Sentyabr 2020, 10:20 Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu 26 Sentyabr 2020, 10:14 Yolu keçmək istəyən həkimi maşın vurdu 26 Sentyabr 2020, 10:07 Koronavirus beyin xərçəngi yarada bilər 26 Sentyabr 2020, 10:03 Türkün dünyanı dərki muzeyi sirləri AÇIR 26 Sentyabr 2020, 09:56 Koronavirusla bağlı SON STATİSTİKA 26 Sentyabr 2020, 09:49 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat YAYDI 26 Sentyabr 2020, 09:42 Həbsim siyasi sifarişdir - Qagik Sarukyan 26 Sentyabr 2020, 09:38 4 maşın toqquşdu, 50-dən çox heyvan tələf oldu - FOTO 26 Sentyabr 2020, 09:36 Ər-arvad evində bıçaqlandı 26 Sentyabr 2020, 09:30 DTX tərəfindən tutulan XİN-in iki əməkdaşı məhkəməyə müraciət etdi   26 Sentyabr 2020, 09:24 Alimlər koronavirusdan ölüm faizini azaldan amili aşkarladılar 26 Sentyabr 2020, 09:18 Bakının küçələri yenidən dezinfeksiya edilir 26 Sentyabr 2020, 09:12 Aqil Abbas: Vaqif Əlisoyun 65 yox, 60 yaşı var - Deputatdan nazirə AÇIQ MƏKTUB 26 Sentyabr 2020, 09:06 Xarkovda matəm elan olundu 26 Sentyabr 2020, 09:00 Yağsız məhsulların insan orqanizmi üçün FƏSADLARI 26 Sentyabr 2020, 08:54 Rezidenturaya ixtisas seçiminin vaxtı uzadıldı 26 Sentyabr 2020, 08:49 Prezident qəza yerinə gedəcək 26 Sentyabr 2020, 00:56 Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18