Modern.az

Üç gün sonra bu telefonlarda Votsap işləməyəcək

Üç gün sonra bu telefonlarda Votsap işləməyəcək

28 Yanvar 2020, 00:28

"WhatsApp" messencerinin tərtibatçıları köhnə mobil qurğuların dəstəyinin, planlaşdırıldığı kimi, dayandırılması haqqında məlumat veriblər.

Modern.az  "ICTnews"a istinadən xəbər verir ki, 2020-ci ilin fevralın 1-dən etibarən populyar mesajlaşma proqramı "Android 2.3.7" və "iOS 8" köhnə mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən smartfon və planşetləri dəstəkləməyəcək.

Messencerin problemsiz istifadəsi üçün "Android 4.0.3" və ya "iOS 9" versiyaları lazım olacaq. "WhatsApp" messenceri "KaiOS 2.5.1" sistemli aparatlarda işləyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi