Arxiv
28 Yanvar 2020, 18:17 | AKTUAL
Allahşükür Paşazadəyə yubiley medalı təqdim olundu

Yanvarın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə təhsil nazirinin müavini Firudin Qurbanovu qəbul edib.

 

Modern.az xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun səmimi salamlarını Şeyxülislam həzrətlərinə yetirən Firudin Qurbanov diqqətə çatdırıb ki, nazirin əmri ilə QMİ sədri “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Nazirin tapşırığı ilə medalı Şeyxülislam həzrətlərinə təqdim edən qonaq məlumat verərək bildirib ki, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının medalı elm və təhsildə böyük uğurlar əldə edən, bu sahələrin inkişafına töhfə verən insanlara verilir. “Mən bir müddət BDU-nun rektoru vəzifəsini müvəqqəti icra edərkən belə bir yubiley medalının hazırlanması işlərinə başladıq. Çox şadam ki, bu gün həmin medalı Sizə təqdim etməyi cənab nazir məhz mənə həvalə etdi”-deyən nazir mavini Şeyxülislam həzrətlərinin fəaliyyətini yüksək dəyərləndirib: “Müstəqilliyimizin bərpasında və Azərbaycan dövlətçiliyinin qorunmasında Sizin müstəsna xidmətləriniz var. Ən gərgin və mürəkkəb zamanlarda bir dini lider olaraq Siz həmişə xalqın və dövlətin yanında olmusunuz. Bu günlərdə 20 Yanvar hadisələrinin 30 illiyini qeyd etdik, tariximizin qürur və qəhrəmanlıq səhifələrindən olan həmin hadisələr zamanı Sizin prinsipial mövqeyiniz, xalqı birləşdirə bilmək bacarığınız bu gün də gözlərimizin önündədir. Xalqımız bu xidmətinizi həmişə qiymətləndirib və bundan sonra da qiymətləndirəcək”.

 

F. Qurbanov QMİ sədrinin elmi fəaliyyətinə də toxunub, uzun illər BDU-nun professoru kimi yüksək ixtisaslı kadrların hazırlanmasına töhfə verdiyini qeyd edib.

 

QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə yubiley medalı ilə təltif etdiyinə görə nazir Ceyhun Bayramova təşəkkürlərini çatdırmağı xahiş edib, təhsil sahəsində son zamanlar aparılan islahatların müsbət nəticələr verəcəyinə inandığını bildirib: “Təhsil hər bir xalqın gələcəyidir. İslam dini də elm öyrənməyə, savad almağa təşviq edir, çünki elmsiz, cahil adam Allahını da tanımaz. Biz övladlarımıza, gənclərimizə düzgün təhsil verə bilməsək bunu başqa qüvvələr edəcək və gələcəkdə bundan da dövlətimiz və xalqımız böyük ziyan çəkə bilər. Ona görə də Təhsil Nazirliyinin üzərinə mühüm və şərəfli bir missiya düşüb. Azərbaycan Prezidenti İlham Əliyev həzrətləri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilimizin inkişafına hər zaman xüsusi diqqət ayırırlar. İnanıram ki, nazir başda olmaqla Təhsil Nazirliyinin kollektivi, pedaqoji sahədə çalışanlar qarşıya qoyulan mühüm tapşırıqların icrası üçün həmişə olduğu kimi, gələcəkdə də böyük səy göstərəcəklər inşallah”.

 

Uzun illik fəaliyyəti dövründə 70-dən çox ölkənin və beynəlxalq təşkilatın orden, medalları ilə təltif olunduğunu xatırladan Şeyxülislam Allahşükür Paşazadə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalının onun üçün xüsusi önəm kəsb etdiyini vurğulayıb: “Ali təhsilimizin flaqmanı sayılan BDU-nun 100 illik yubileyi həqiqətən də böyük bir hadisə oldu. Görkəmli alimlər bu təhsil ocağında çalışıblar, xalqımız üçün yüksək ixtisaslı kadrlar hazırlayıblar. Bu ali məktəbin kollektivi mənə də doğmadır. Çünki professor kimi burada çalışmışam, gələcəkdə də bilik və təcrübəmi bölüşməyə hazıram”.

 

Şeyxülislam həzrətləri son illər QMİ-nin təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirlər və elmi-praktiki konfranslar haqqında məlumat verib.

 

Görüşdə QMİ sədrinin müavini Rəşad Əliyarlı iştirak edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əhəd Abıyev Daşkəsəndə səyyar qəbul keçirdi 19 Fevral 2020, 16:24 Bu dairənin 4 məntəqəsində nəticələr ləğv olundu 19 Fevral 2020, 16:22 MSK daha 3 dairə ilə bağlı QƏRAR VERDİ 19 Fevral 2020, 16:15 MSK-nın iclası BAŞLADI 19 Fevral 2020, 16:09 Paşinyan 2 generalı qovdu 19 Fevral 2020, 16:03 Saxta sənədlərlə maliyyə əməliyyatı aparan şəxslər SAXLANILDI 19 Fevral 2020, 15:57 Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır 19 Fevral 2020, 15:50 Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb 19 Fevral 2020, 15:42 TƏBİB Ağdaşda yayılan təhlükəli virusla bağlı məlumat yaydı 19 Fevral 2020, 15:36 11 məntəqə ləğv edildi, fərq isə belədir... 19 Fevral 2020, 15:06 Ukraynadakı diaspor lideri GİLEYLƏNDİ: “Səfirin bizə qarşı qarayaxmalarını başa düşə bilmirəm” 19 Fevral 2020, 15:00 Bakı-Qazax yolunda raket tapılıb - FOTO 19 Fevral 2020, 14:54 Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin saxtakarlığına münasibət bildirdi 19 Fevral 2020, 14:48 Bu fotoyla məşhurlaşan kənd müəllimi nazirliyə dəvət olundu - FOTO 19 Fevral 2020, 14:42 Ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət 19 Fevral 2020, 14:36 Azərbaycanın bu ərazisində təhlükəli xəstəliklər yayıldı 19 Fevral 2020, 14:30 Azərbaycanda uzunömürlülərin sayı AÇIQLANDI 19 Fevral 2020, 14:24 “Lionel Messi ilə bu mükafatı bölüşmək möhtəşəm hissdir” - Formula 1 üzrə dünya çempionu 19 Fevral 2020, 14:18 Türkiyənin Azərbaycandakı səfiri rektorla görüşdü 19 Fevral 2020, 14:12 Amerikalı konqresmenlər Qarabağdakı “seçkilər”ə öz nümayəndələrini göndərir 19 Fevral 2020, 14:12 Dairə Seçki Komissiyasının sədri komaya düşdü 19 Fevral 2020, 14:06 Tovuzda təkərin partlaması ölümlə nəticələndi 19 Fevral 2020, 14:00 Türkiyə hər an əməliyyatlara başlaya bilər - Ərdoğan açıqladı 19 Fevral 2020, 13:54 Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ 19 Fevral 2020, 13:48 Müdafiə Nazirliyi Xocalı tədbirləri keçirəcək 19 Fevral 2020, 13:41 Bakıda 40-a yaxın sərnişini soyan şəxs tutuldu 19 Fevral 2020, 13:37 Bakıda çay evində 24 yaşlı oğlan ürəyindən bıçaqlandı 19 Fevral 2020, 13:30 İranda koronavirus aşkarlandı 19 Fevral 2020, 13:24 Şəmkirdə xeyli sayda silah-sursat tapıldı 19 Fevral 2020, 13:18 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı AÇIQLANDI 19 Fevral 2020, 13:12 Sabahın HAVA PROQNOZU - yağış, duman, qar 19 Fevral 2020, 13:06 Qanunsuz tikilən evlər SƏNƏDLƏŞDİRİLƏCƏK 19 Fevral 2020, 13:00 Azərbaycanda “google map” vasitəsi ilə narkotik satan şəxslər SAXLANILDI 19 Fevral 2020, 12:55 JTI yenidən “Ən yaxşı işəgötürən”dir 19 Fevral 2020, 12:49 Tibbdə inqilab edən DAHİLƏR – Hippokratdan bu yana… 19 Fevral 2020, 12:42