Arxiv
28 Yanvar 2020, 19:03 | AKTUAL
Deputatlığa namizəd Ceyhun Məmmədov seçicilərlə görüşüb - FOTO

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ceyhun Məmmədov seçicilərlə görüşlərini davam etdirir

 

Modern.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov yanvarın 28-də seçki kampaniyası çərçivəsində Nərimanov rayonunda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə həyətlərdə söhbətlər edib, seçki platforması haqqında məlumat verib.

 

YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev, Avrasiya Universitetinin dosenti Əjdər Yunusovun iştirakı ilə keçirilən görüşlərdə Arif Fərzəliyev ölkəmizdə keçirilən islahatlardan və bu islahatların tərkib hissəsi kimi yeni parlamentin formalaşmasından bəhs edib. A.Fərzəliyev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai- siyasi həyatındakı uğurları barədə məlumat verərək, partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu qeyd edib. Arif Fərzəliyev YAP-ın bu seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə qatıldığını bildirib.

 

Daha sonra Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov seçki platforması haqqında geniş məlumat verərək, qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğulluğu istiqamətində görüləcəy işlər barədə söhbət açıb. O, seçicilərə müraciətlə vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək.

 

Ceyhun Məmmədov Azərbaycan dövlətinin gənclərə olan qayğı və diqqətindən, eləcə də Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan danışıb. O, Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqları təmin olunduğunu vurğulayıb. Bildirib ki, bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən islahatlar nəticəsində, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub.

 

Görüşdə seçicilər onları maraqlandıran sualları deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədova ünvanlayıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi yad edildi - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14 ABŞ-da Qarabağ danışıqları: Vaşinqton nə istəyir, Ankara və Bakı nə qazanır? - TƏHLİL 23 Sentyabr 2021, 18:10 Partiya sədri Şeyxi qınadı: “İrana vaxtında cavab vermədi” 23 Sentyabr 2021, 18:06 Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxıldı 23 Sentyabr 2021, 18:00 Universitetlərdə auditoriyalardan istifadəyə məhdudiyyət qoyulacaq 23 Sentyabr 2021, 17:56 Səfirimiz Pakistanın müdafiə istehsalı naziri ilə görüşüb - FOTO 23 Sentyabr 2021, 17:52 Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla ANILACAQ 23 Sentyabr 2021, 17:46 Manatın xarici valyutalara qarşı məzənnəsi 23 Sentyabr 2021, 17:40 Daha 13 müəssisədə pozuntular aşkarlandı 23 Sentyabr 2021, 17:34 Deputatlar Baş Prokurorluqda olub 23 Sentyabr 2021, 17:28 30 məktəbə yeni direktor TƏYİN EDİLDİ 23 Sentyabr 2021, 17:22 “Açıq mikrofon” aksiyası bu dəfə Sabirabadda - FOTOLAR 23 Sentyabr 2021, 17:16 Medianın İnkişafı Agentliyində görüş keçirilib 23 Sentyabr 2021, 17:10 Füzulidə erməni hərbçinin qalıqları tapıldı 23 Sentyabr 2021, 17:05
SORĞU Hansı vaksinə etibar edirsiniz?