Arxiv
29 Yanvar 2020, 11:23 | AKTUAL
 “Azərsu” rəhbəri Ağcabədi və Laçın sakinlərini qəbul etdi

Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Ağcabədi şəhərində Ağcabədi və Laçın rayonlarının sakinlərini qəbul edib.

 

"Azərsu"nun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

 

Ağcabədi şəhərindəki 5 saylı Regional Sukanal İdarəsinin inzibati binasında keçirilən qəbulda Ağcabədi və Laçın rayonlarından olan 53 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri,  işə qəbul və digər məsələlərlə bağlı olub.

 

Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

 

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş redaktor azadlığa çıxdı 22 Fevral 2020, 10:18 Fransalı alim: “Xəzər dənizinin səviyyəsi 2 metr azalıb, daha da azalacaq” – MÜSAHİBƏ 22 Fevral 2020, 10:09 Vasif Talıbov müəllimə 5 min manat mükafat verdi 22 Fevral 2020, 09:48 Hacıqabulda yenidən zəlzələ oldu - YENİLƏNİB 22 Fevral 2020, 09:40 Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı 22 Fevral 2020, 09:33 “Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq 22 Fevral 2020, 09:24 Qondarma rejimin xaricdəki ofisləri bağlana bilər? - Rəsmi Bakıdan CAVAB 22 Fevral 2020, 09:16 Cəbhədə gərginlik artıb - atəş kəsmir 22 Fevral 2020, 09:10 Sankt-Peterburq - Bakı reysi ləğv edildi - Foto 22 Fevral 2020, 08:49 Çində koronavirusdan ölənlərin sayı 2345-ə çatıb 22 Fevral 2020, 08:41 Şamaxıda zəlzələ olub 22 Fevral 2020, 08:26 Parisdə Xocalı faciəsinin anım mərasimi - FOTO 22 Fevral 2020, 08:16 Ucarda avtobus piyadanı vurub öldürdü 22 Fevral 2020, 00:53 Tovuzda məktəbli dərs vaxtı bıçaqlanıb 22 Fevral 2020, 00:37 Ən təhlükəli narkobaronun oğlu ABŞ-a təhvil verildi 22 Fevral 2020, 00:21 Sumqayıtda restoran yaxınlığında əl qumbarası tapıldı 22 Fevral 2020, 00:02 Azərbaycanın da qoşulduğu neft alyansı dağıla bilər 21 Fevral 2020, 23:49 Bakıda gənc oğlanı  dostu bıçaqladı 21 Fevral 2020, 23:43 Sel 6 məktəblinin həyatına son qoydu 21 Fevral 2020, 23:27 İlham Əliyev  və Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış oldu  - FOTO 21 Fevral 2020, 23:09 Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək 21 Fevral 2020, 22:50 Bakıda Küveytin Dövlət müstəqilliyinin 59-cu ildönümü qeyd edildi - FOTO 21 Fevral 2020, 22:33 Bu ölkə də vətəndaşlarını Çindən təxliyə edir 21 Fevral 2020, 22:14 Leyla Əliyeva Romada FAO-nun yeni baş direktoru ilə görüşdü - FOTO 21 Fevral 2020, 22:01 "Əsas vəzifəmiz Azərbaycanla İtaliya arasında ticarət əlaqələrinin şaxələndirilməsidir" - İlham Əliyev 21 Fevral 2020, 21:45 Ərdoğanla Putin arasında qızğın müzakirə 21 Fevral 2020, 21:28 ATƏT PA-nın sessiyasında ermənilərə sərt tənqid - VİDEO 21 Fevral 2020, 21:12 Azərbaycan nefti ucuzlaşdı 21 Fevral 2020, 20:54 Koronavirusun yayıldığı ölkələr və itkilər- SİYAHI 21 Fevral 2020, 20:41 MSK-nın 4 saat çəkən iclası başa çatdı 21 Fevral 2020, 20:32 Sədaqət Vəliyevanın dairəsində məntəqənin nəticələri ləğv edildi 21 Fevral 2020, 20:26 Üç ölkənin lideri İdlibdəki vəziyyəti müzakirə etdi 21 Fevral 2020, 20:16 MSK Könül Nurullayevanın seçki dairəsindən şikayətlərə baxdı 21 Fevral 2020, 20:09 “Radikalizmi doğuran əsas səbəblərdən biri dini biliklərin az olmasıdır” - Gündüz İsmayılov 21 Fevral 2020, 20:03 "Fənərbağça" dünya çempionu ilə yollarını ayırdı 21 Fevral 2020, 20:00