Arxiv
29 Yanvar 2020, 12:16 | AKTUAL
XİN-dən İstanbuldakı Baş Konsulluğun səhvinə REAKSİYA

Yanvarın 25-də sosial şəbəkələrdə Türkiyənin Elazığ bölgəsində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan yardım təyyarəsinin göndərildiyi barədə məlumat yayılmışdı.

 

Hətta azərbaycanlı xilasediciləri daşıyan təyyarə Elazığ aeroportunda eniş etdiyi barədə qətiyyətli iddiaların da ortaya atıldığının şahidi olduq.

 

Rəsmi açıqlama ilə təsdiq olunmasa da həmin xəbərin ayın 26-da Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun rəsmi  “Facebook” səhifəsində  paylaşılması iddiaları daha da gücləndirdi. Bu paylaşımdan sonra hər kəs, hətta qardaş ölkənin vətəndaşları da sosial şəbəkələrdə paylaşım edərək, Azərbaycan dövlətinə təşəkkür ünvanladılar.

 

Lakin qısa müddət sonra Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a xəbərin həqiqəti əks etdirmədiyi barədə məlumat verildi. FHN mətbuat katibi Gülçin Mehdiyeva saytımıza açıqlamasında belə bir yardım təyyarəsinin göndərilmədiyini söylədi.

 

Bu dəfə isə Baş Konsulluq kimi rəsmi, yüksək bir qurumun sosial şəbəkədə həqiqəti əks etdirməyən məlumat yayımlaması tənqidlərə səbəb oldu. Daha sonra həmin məlumat Baş Konsulluğun feysbuk səhifəsindən silindi.

 

Konsulluğun bu səhvi haqqında Xarici İşlər Nazirliyindən münasibət almağa çalışdıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Modern.az-a açıqlamasında İstanbuldakı Azərbaycan Baş Konsulluğunun səhifəsində belə bir paylaşımı görmədiyini bildirib.

 

“Mən belə bir paylaşımı görməmişəm”, - deyən XİN sözçüsü bu səbəbdən məsələyə şərh vermək istəməyib.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubu Elazığda baş vermiş güclü zəlzələ ilə bağlı bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda 3000-ə yaxın yeni iş yerləri AÇILACAQ 24 Fevral 2020, 12:48 İndoneziyada Xocalı soyqırımı ilə bağlı poçt markası nəşr edilib 24 Fevral 2020, 12:46 Qarabağdakı işğalçı ordu döyüşə hazır vəziyyətə gətirildi – Cəbhədə nə baş verir? 24 Fevral 2020, 12:41 İlham Əliyev Ponomaryovu təltif etdi 24 Fevral 2020, 12:38 Əli Əhmədov Prezidentin İtaliya səfərindən yazdı 24 Fevral 2020, 12:33 “Jeep”dən 5 kq-dan artıq narkotika çıxdı - FOTO 24 Fevral 2020, 12:31 Koronavirus qızılı bahalaşdırdı 24 Fevral 2020, 12:28 Nazirlik Bakıda ağac kəsənləri axtarır 24 Fevral 2020, 12:25 BMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib - FOTOLAR 24 Fevral 2020, 12:19 Avropa şirkətlərinin Qarabağdakı qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb -  “AzerGold” sədri 24 Fevral 2020, 12:17 İranda koronavirusdan ölənlərin sayı 12-yə çatdı 24 Fevral 2020, 12:11 Ermənilər Qazax istiqamətindəki döyüş barədə MƏLUMAT YAYDI - VİDEO 24 Fevral 2020, 12:08 MSK-nın ləğv etdiyi dairə və məntəqələr - DAVAM EDƏCƏK? 24 Fevral 2020, 12:05 Azərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT 24 Fevral 2020, 12:00 “Filizçay yatağının istismara verilməsi yüzlərlə iş yerinin açılmasına imkan yaradacaq” - Zakir İbrahimov 24 Fevral 2020, 11:55 Vilayət Eyvazovdan Vaqif Əsədovun bölməsinə yeni TƏYİNAT 24 Fevral 2020, 11:50 Martın 1-də IX siniflər üzrə buraxılış imtahanı keçiriləcək 24 Fevral 2020, 11:44 Qızılın satışından 141,9 milyon manat gəlir əldə edilib 24 Fevral 2020, 11:38 İrandan "Sədərək"ə mal gətirilməsi dayandırıldı 24 Fevral 2020, 11:34 “Məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırım kimi tanıdılmasıdır” 24 Fevral 2020, 11:32 Azərbaycan ordusunun əsgəri şəhid oldu - FOTO 24 Fevral 2020, 11:27 Hikmət Hacıyev: “Münhen Təhlükəsizlik Konfransında Ermənistanın yalanları ifşa edildi” 24 Fevral 2020, 11:20 Bakıda yaşayış binasında yanğın olub 24 Fevral 2020, 11:14 Baş infeksionistdən əhaliyə müraciət: İrana getməyin 24 Fevral 2020, 11:09 Səfir Türkiyə-Naxçıvan sərhədinin bağlanmasından DANIŞDI 24 Fevral 2020, 11:03 İnam Kərimov direktoru işdən ÇIXARDI 24 Fevral 2020, 11:01 Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb 24 Fevral 2020, 10:56 Azərbaycan “Böyük Dəbilqə”ni 4 medalla başa vurdu 24 Fevral 2020, 10:50 Prezidentin köməkçisi: Azərbaycan koronavirusla əlaqədar ÜST-ün tövsiyələrini ciddi şəkildə araşdırır 24 Fevral 2020, 10:44 “Məcburi köçkün qadınların ədalət çağırışı müstəsna əhəmiyyətə malikdir” - Ombudsman 24 Fevral 2020, 10:38 Hicran Hüseynovadan BMT-yə ETİRAZ 24 Fevral 2020, 10:32 Bakıda qanlı olay: 83 yaşlı kişi arvadını bıçaqladı 24 Fevral 2020, 10:26 I sinfə qəbul üçün müsahibələr başladı 24 Fevral 2020, 10:20 “BMT TŞ-nin qətnamələri icra edilənə qədər qüvvədədir” - Hikmət Hacıyev 24 Fevral 2020, 10:13 Bakıda idman zalından oğurluq oldu 24 Fevral 2020, 10:06