Modern.az

Mərkəzi Bank uçot dərəcəsini azaltdı - QƏRAR

Mərkəzi Bank uçot dərəcəsini azaltdı - QƏRAR

31 Yanvar 2020, 11:23

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7,5%-dən 7,25 %-ə endirilməsinə dair qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

 

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75%-lik diapazonda müəyyən edilib.

 

"Bu qərar 31 yanvar 2020-cu ildən qüvvəyə minir. Faiz dərəcəsi ilə bağlı növbəti iclas mart ayında olacaq".

 

AMB sədri, həmçinin qeyd edib ki, son 3 ildə Azərbaycanda inflyasiya aşağı səviyyədədir.

 

İnflyasiya gözləntiləri aşağı olaraq qalır.

 

Qərar bu gündən qüvvəyə minir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?