Modern.az

Facebook şəbəkəsi Yahoo-ya qarşı

Facebook şəbəkəsi Yahoo-ya qarşı

4 Aprel 2012, 13:30

Facebook sosial şəbəkəsi Yahoo şirkətinə qarşı qarşılıqlı iddia qaldıraraq əvvəllər patent hüququnun pozulması ilə bağlı səsləndirilən iddialara cavab verib. Modern.az-ın Cybersecurity-yə istinadən verdiyi məlumata görə, iddiada Facebook Yahoo-nu sosial şəbəkəyə məxsus bir sıra patentlərin pozulmasında ittiham edib. Sosial şəbəkə nümayəndələrinin fikrincə, Yahoo-nun əsas səhifəsi və orada yerləşdirilən reklam, xəbərləri istifadəçilərin maraqlarına uyğun seçən C.O.R.E. texnologiyası, eləcə də şirkətə məxsus populyar Flickr fotohostinqi Facebook-un patent hüquqlarını pozur.

İki şirkət arasında patent mübarizəsi 2012-ci il fevralın sonunda - Yahoo Facebook-u özünün 10 patentinin pozulmasında ittiham etdikdən sonra başlayıb. İki həftə sonra şirkət sosial şəbəkəni məhkəməyə verib. İddialarda internet-reklamın göstərilməsi, mətnli məlumatların ötürülməsi, sosial şəbəkələrdə şərhlərin edilməsi texnologiyası yer alıb. Facebook bu ittihamları rədd edir.    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?