Modern.az

Qeydiyyat rayon, təhsil aldığı yer Bakı: Tələbə harda səs versin...

Qeydiyyat rayon, təhsil aldığı yer Bakı: Tələbə harda səs versin...

Təhsil

9 Fevral 2020, 13:57

Bu gün ölkədə növbədənkənar parlament seçkiləri keçirlir. Qeyd edilir ki, ölkədə 5 milyon 329 461 nəfərin səsvermə hüququ var. Məlum olduğu kimi hər bir seçici qeydiyyatda olduğu rayon və ya şəhər üzrə səsvermə hüququna malikdir.

 

Bəs maraqlıdır, Bakıda təhsil alan və rayon qeydiyyatında olan tələbələr səsvermə hüququndan necə istifadə etsin?

Yəni seçki prosesinin bir gün olduğunu nəzərə alsaq, tələbənin qısa vaxt kəsiyində rayona və ya başqa şəhərə gedib-qayıtmağı bir qədər imkansızdır.

 

Əlavə etsək ki, parlament seçkiləri tətil dövrünə təsadüf etmir, o zaman ucqar bölgədən olan tələbənin yaşadığı ünvana gedib səs verməsi həm əlavə vəsairt, həm də zaman tələb edir.

 

O zaman rayon qeydiyyatında olan tələbələr səs verə bilmir. Onlar üçün qanunvericilikdə hansısa hal nəzərdə tutulub və Bakıda eləcə də təhsil aldıqları şəhərlərdə səs verə bilərlər?

 

Modern.az-a bu barədə danışan hüquqşünas  Elçin Sadıqov  rayon qeydiyyatında olan tələbələrin təhsil aldıqları şəhərdə səs verə bilmələri üçün qanunvericilikdə hər hansısa halın nəzərdə tutulmadığını bildirib:

“Bakı, yaxud da digər şəhərlərdə təhsil alan tələbələr qeydiyyatda olduqları rayon və ya şəhərdə səs verməlidir. Onların təhsil aldıqları şəhərdə səs verə bilmələri üçün hər hansısa şərait yaradılmır”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu