Modern.az

Koronavirusa görə karantinə alınan azərbaycanlılardan XƏBƏR VAR

Koronavirusa görə karantinə alınan azərbaycanlılardan XƏBƏR VAR

Ölkə

11 Fevral 2020, 17:49

“Türkiyəyə təxliyyə olunan azərbaycanlılarla daimi olaraq əlaqə saxlayırıq, səhhətlərində heç bir problem yoxdur”.

 

Bunu Modern.az-a Azərbaycanın Türkiyədəki səfirliyinin üçüncü katibi, səfirin köməkçisi Elvin Süleymanlı bildirib.

 

Səfirlikdən bildirilib ki, azərbaycanlı vətəndaşların karantin müddəti bitdikdən sonra xəstəxanadan buraxılması barədə hələ ki, məlumat yoxdur:

“Uhan şəhərindən Türkiyəyə təxliyyə olunan azərbaycanlılarla mütəmadi olaraq əlaqə saxlayırıq, hər şey qaydasındadır. Azərbaycanlıların hər biri ayrı-ayrı otaqlarda nəzarət altındadır. Həmin şəxslərin xəstəxanadan çıxarılması üçün karantin müddətinin bitməsi gözlənilir. 14 Fevral karantin müddəti bitdikdən sonra Azərbaycan vətəndaşların xəstəxanadan çıxarılması ilə bağlı qərar veriləcək. Bakıya qayıdıb-qayıtmamaqları ilə bağlı isə hələ ki, bir xəbər yoxdur”.

 

Xatırladaq ki, 6 nəfər Azərbaycan vətəndaşı fevralın 1-i Çinin Uhan şəhərindən Türkiyəyə təxliyyə edilərək, Ankara şəhərindəki “Dr.Zekai Tahir Burak” xəstəxanasına yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır