Arxiv
12 Fevral 2020, 12:28 | MEDİA
Mətbuat katibi vəzifədən getdi

Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Pərvanə İbrahimova vəzifəsindən azad edilib.

 

Bu barədə Modern.az-a P.İbrahimova özü bildirib.

 

O, vəzifədən getməsilə bağlı bunları söyləyib:

 

“Taleyim Bakı Dövlət Universiteti ilə bağlananda 17 yaşım var idi. 26 ildir ki, tələbə adını qazanıb Bakıya gəldiyim gündən hər səhər bu əzəmətli Universitetin darvazalarından keçmək şərəfini yaşamışam. 1994-1998-ci illərdə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər (ixtisas beynəlxalq jurnalistika) fakültəsində bakalavr, 1998-2000-ci illərdə magistratura pilləsi üzrə təhsil almışam. 2000-ci ildə Mətbuat-informasiya şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edilmişəm. Bu doğma Universitetdə doktorantura pilləsini bitirmiş, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent olmuş, pedaqoji fəaliyyətə cəlb edilmişəm. Bir 10 il (2000-2010) də Mətbuat-informasiya şöbəsində mütəxəssis, bir 10 il isə (2010-2020) şöbənin müdiri işləmişəm. Hər ikimiz 20 illiyimizdə fəaliyyətimizə son veririk. O, yeni adla, mən də pedaqoji fəaliyyətlə yola davam deyirik!


20 illik Mətbuat-informasiya şöbəsi, təbii ki, mənə çox şey qazandırdı. BDU kimi möhtəşəm bir Universitetin gözəl professor-müəllim heyətini, tələbələrini, şöbəmin su kimi saf kollektivini, dəyərli media rəhbərlərini, əziz jurnalist həmkarlarımı! Bu illər ərzində vəzifənin verdiyi şərəfdən daha çox onun məsuliyyətini dərk etdim. Məni tanıyanlar, fəaliyyətimizlə yaxından-uzaqdan tanış olanlar bilirlər ki, bu şöbə üçün iş saatının bitməsi yox, işin bitməsi önəmli oldu! Bir gün olsun belə işdən yayınmadım, verilən tapşırıqlara vicdan və şərəflə yanaşdım, hətta 20 ilin məzuniyyətlər dönəmində də işlərin çoxluğu səbəbindən əsasən iş başında oldum”.

 

P.İbrahimova qeyd edib ki, bütün bunlara rəğmən 20 ilin tamamında vəzifəsindən gedəsi oldu:

 

“Ötən bu illər ərzində Universitetin əsas saytı daxil olmaqla, fakültə, struktur və şöbələrin saytına nəzarət, bəzən gündəlik tədbirlərdə iştirak, xəbərlərin hazırlanması, yayımı və arxivləşdirilməsi, sosial media üzərindən PR işi, sorğulara cavab və Universitetin yubileyləri ilə bağlı olan 13 kitabın hazırlanması işində bəzən gecəyarıyadək iştirak və s. və i.!


Boşuna getmədi. Dəfələrlə Universitet rəhbərliyi tərəfindən qiymətləndirildim, əziz jurnalist həmkarlarımdan daim dəstək gördüm, müxtəlif kütləvi informasiya vasitələrinin, jurnalist təşkilatlarının, "Azərbaycan Universitetləri" facebook səhifəsinin keçirdiyi sorğularda bir neçə dəfə qalib oldum! “İlin ən fəal mətbuat katibi”, “İlin ən fəal şöbə müdiri” adına layiq görüldüm. Təhsil Nazairliyi, Mətbuat Şurası, Bakı Dövlət Universitetinin Diplom və Fəxri Fərmanları ilə təltif edildim, 100 illik yubileyimiz münasibətilə yubiley medalına layiq görüldüm.


Ən böyük mükafatım Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərimə görə layiq görüldüyüm “Tərəqqi" medalım oldu.


Bəli, 20 ili az müddət deyil. 20 il eyni işdə işləyib bezməmək, yaxud hər gün daha həvəs və sevgi ilə işləmək asan iş deyil! Bu illər ərzində təbii ki, yaşananlar, yaşadıqlarım, acıli-şirinli, kövrək, qürur dolu xatirələrimi zaman-zaman qələmə alacam.
Qazandığım uğurlara görə borclu olduğum insanlar çoxdur və onlara bir ömür minnətdarlıq borcum var!


Xüsusi minnətdarlığım isə hörmətli jurnalist həmkarlarımadı! Əziz qələm dostlarım bu illər ərzində daim yanımızda oldular, hər zaman informasiya dəstəyi verdilər. Birmənalı olaraq, şöbəmizin və mənim uğurlarımın açarı oldular!
Mən də onların yanında olmağa çalışdım. Buna nə dərəcədə nail oldum, bilmirəm. Hər birinizə təşəkkür edirəm, əziz jurnalist dostlar!

Dəyərlisiniz!

Dəyərli olan həm də şöbəmizin kollektividi. Hər biri istənilən boşluğu dolduracaq qədər bacarıqlı və səriştəlidi! Fatimə, Nərminə, Məryəm, Xəyalə, Elnarə, Elnur və Lətif müəllim sizlərlə işləmək xoş idi”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə də virusa yoluxanların sayı 100 mini ötdü 6 Aprel 2020, 01:28 Koronavirusa yoluxan Boris Conson xəstəxanaya yerləşdirildi 6 Aprel 2020, 00:59 "İctimai Qərargah ictimai sektorun  potensialını tam səfərbər edəcək" - Azay Quliyev 6 Aprel 2020, 00:51 Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - RƏSMİ 6 Aprel 2020, 00:43 “Koronavirusa bir yoluxma 30, bəzən isə 60 insanı yoluxdurur”  - Ramin Bayramlı  6 Aprel 2020, 00:36 SMS müraciətlərinə cavab bu səbəbdən gecikir - RƏSMİ 6 Aprel 2020, 00:21 "Ölkənin internetə artan tələbatını təmin edəcəyik" - Elmir Vəlizadə 6 Aprel 2020, 00:04 Fransada 8078  nəfər koronavirusun qurbanı oldu 5 Aprel 2020, 23:46 Türkiyədəki azərbaycanlılarla bağlı son vəziyyət belədir – JURNALİST MƏHSƏTİ ŞƏRİFLƏ MÜSAHİBƏ 5 Aprel 2020, 23:29 Deputatdan çağırış: “Səbir edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun” - VİDEO 5 Aprel 2020, 23:05 Koronavirus dünyada  62 784 can aldı 5 Aprel 2020, 22:47 Gəncədə kişi naməlum şəxs tərəfindən bıçaqlandı 5 Aprel 2020, 22:33 Azərbaycanda daha 3080 nəfər koronavirusla bağlı test edildi - FOTO 5 Aprel 2020, 22:23 Ziyad Səmədzadə karantinə alınmayıb - Deputatın köməkçisi danışdı 5 Aprel 2020, 22:00 Ermənistanda 822 nəfər COVID-19-a yoluxdu 5 Aprel 2020, 21:46 Bu ölkədə virusa yoluxan azərbaycanlı sağaldı 5 Aprel 2020, 21:31 Türkiyədə koronovirusdan ölü sayı 574-ə çatdı 5 Aprel 2020, 21:14 UNEC tələbələrindən Prezidentin çağırışına dəstək: “Biz birlikdə güclüyük!” - VİDEO 5 Aprel 2020, 21:10 İtaliyada koronavirusdan ölənlərin sayı 15 887 nəfərə çatdı 5 Aprel 2020, 20:58 Azərbaycanın bu rayonunda maskalar pulsuz paylanacaq 5 Aprel 2020, 20:44 Bu ölkədə bir sutkada 674 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 20:30 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 5 Aprel 2020, 20:27 Fəzail Ağamalı qarət olmasından DANIŞDI 5 Aprel 2020, 20:22 AMEA karantin rejimində necə İŞLƏYİR? 5 Aprel 2020, 20:16 Teledərslərin sabahkı cədvəli AÇIQLANDI 5 Aprel 2020, 20:15 Gəncədə həyat yoldaşını yandıran şəxs saxlanıldı - TƏFƏRRÜAT 5 Aprel 2020, 20:04 Azərbaycanda koronavirusdan daha 2 şəxs vəfat etdi 5 Aprel 2020, 19:33 Koronavirusa yoluxan keçmiş Baş Nazir öldü 5 Aprel 2020, 19:07 “Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” - Karantin həkimindən HƏYACAN TƏBİLİ 5 Aprel 2020, 18:40 Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR 5 Aprel 2020, 18:04 Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN 5 Aprel 2020, 17:47 Bu ölkə məscidləri bağlayır - Fətva verildi 5 Aprel 2020, 17:41 ASAN-dan tövsiyə: SMS müraciətlərini  1 saat öncədən həyata keçirsinlər 5 Aprel 2020, 17:39 Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb 5 Aprel 2020, 17:24 Türkiyə vaksinin ilk sınağını keçirdi  5 Aprel 2020, 17:10