Arxiv
12 Fevral 2020, 14:15 | HADİSƏ
Ana azyaşlı oğlunu şişlə necə yandırıb? - FOTOLAR

Tərtər rayonunda ana azyaşlı oğlunu şişlə dağlayaraq işgəncə verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

 

Modern.az xəbər verir ki, Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini, işgəncələrə məruz qaldığı iddia olunan azyaşlının anası Könül Dünyamalıyeva "Report"un Qarabağ Mərkəzinə hazırda boşanmaq üzrə olduqları və uşağın atasının aliment ödəməməsi üçün şər-böhtan xarakterli məlumatlar yaydığını bildirib: "2010-ci ildə Laçın rayon məcburi köçkünü Rafiq Dünyamalıyevlə ailə həyatı qurmuşuq. Bu izdivacdan biri oğlan, biri qız olmaqla iki övladımız var. Bir ildən çoxdur ki, həyat yoldaşımdan ayrı yaşayırıq. Rəsmi olaraq ayırlmasaq da, 5 yaşlı qızımız mənimlə, 9 yaşlı oğlumuz atası ilə birgə qalır. Boşanmaq üçün Tərtər Rayon Məhkəməsində müraciət etmişik. Hazırda rayon məhkəməsində işə baxılır. Yayılan xəbərlər tamamilə əsassız və uşağın atasının rəsmi olaraq boşandıqdan sonra aliment ödəməməsi üçün uydurmalarıdır".

 

"Report"un Qarabağ Mərkəzinin əməkdaşları azyaşlının anası, Könül Dünyamalıyevanın fikirlərinə aydınlıq gətirmək üçün qarşı tərəf olan, Bərdə rayonunun Soğanverdilər kəndi sakini, azyaşlı oğlanın atası Rafiq Dünyamalıyevlə görüşüb. 

 

R.Dünyamalıyev bildirib ki, uşaq xəstə olduğu üçün 9 ay əvvəl müalicəsi üçün anasının yanına göndərib və hadisə də uşağın anasının yanında olduğu zaman baş verdiyini bildirib: "Uşağı anasının yanına göndərdikdən bir neçə gün sonra mənə zəng edərək anasının onu döydüyünü, işgəncə verdiyi dedi. Məndə getdim uşağı öz yanıma gətirdim. Gördüm ki, uşağın anası Könül Dünyamalıyeva şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb. Bu hadisədən sonra uşağı gətirərək öz yanımda saxladım. Daha sonra uşağın yaralarının ciddi olduğunu görüb, polisə məlumat verdim". 

 

Qeyd edək ki, Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini Könül Bəhlul qızı Dünyamalıyevanın himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Telman Rafiq oğlu Dünyamalızadəyə işgəncə verməsi ilə bağlı məlumat yayılıb. 

 

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboyda silah-sursat tapıldı 4 Aprel 2020, 16:14 SMS icazə sistemindən İSTİFADƏ QAYDALARI - VİDEO 4 Aprel 2020, 16:06 Aprel qələbəsinə dair onlayn konfrans keçirildi 4 Aprel 2020, 15:59 İqtisad Universiteti evlərdən distant təhsilə başlayır 4 Aprel 2020, 15:52 Gürcüstanda koronavirusdan ölən ilk şəxs azərbaycanlıdır 4 Aprel 2020, 15:42 Koronavirusla bağlı yeni videoçarx hazırlandı 4 Aprel 2020, 15:30 Maşını oğurlanan MSK üzvünün adı məlum oldu 4 Aprel 2020, 15:20 Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər - Allahşükür Paşazadə 4 Aprel 2020, 15:14 Binəqədidə tənha sakinlərə ərzaq yardımı edildi 4 Aprel 2020, 15:08 Bakıda “Whatsapp”la narkotik satan şəxslər həbs olundu -FOTO 4 Aprel 2020, 14:59 Pandemiya qurbanlarının sayı 60 mini ötdü 4 Aprel 2020, 14:50 Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ 4 Aprel 2020, 14:41 Rusiyadan gələn azərbaycanlılar ölkəyə BURAXILDI 4 Aprel 2020, 14:36 Azərbaycanda 194 min çox insana evdən çıxmağa icazə verildi 4 Aprel 2020, 14:35 AŞPA həmməruzəçiləri Dağlıq Qarabağdakı qondarma “seçkiləri” tanımırlar 4 Aprel 2020, 14:26 Milli Məclisin deputatları və Aparat işçiləri xidməti vəsiqə ilə hərəkət edəcəklər 4 Aprel 2020, 14:09 Milli Məclisin iclasının vaxtı DƏYİŞDİRİLDİ 4 Aprel 2020, 13:47 Fransada 600 hərbçi koronavirusa yoluxdu 4 Aprel 2020, 13:45 Hava kəskin dəyişəcək - güclü külək, yağış, qar 4 Aprel 2020, 13:30 Heydər Əliyev Mərkəzinin binasında həmrəylik mesajı - Video - Foto 4 Aprel 2020, 13:20 MSK-nın maşını oğurlandı 4 Aprel 2020, 13:19 Qaxda karantin rejimini pozanlar həbs edildi - FOTO 4 Aprel 2020, 13:10 Hacıqabulda bir qrup yaşlı kimsəsiz şəxslərə ərzaq verildi - FOTO 4 Aprel 2020, 13:08 Rusiyada koronavirusa yoluxanlar və ölənlər artdı 4 Aprel 2020, 13:03 Bakı-Sumqayıt yolunda çıxarılan ağaclar bu rayonlara köçürüləcək - AÇIQLAMA 4 Aprel 2020, 12:54 Avtomobillə sərnişin daşıma QADAĞAN OLUNUR 4 Aprel 2020, 12:48 Sabahın HAVA PROQNOZU 4 Aprel 2020, 12:40 Evdə qal və əməliyyatları Müştəri Bank-la et! 4 Aprel 2020, 12:34 DİN-dən jurnalistlərə xəbərdarlıq: Avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzsiz 4 Aprel 2020, 12:32 Heydər Əliyevlə şair Qabilin zarafatları-2 - VİDEO 4 Aprel 2020, 12:27 Koronavirus beyinə ciddi zərər vura bilər  4 Aprel 2020, 12:25 “Bakının mərkəzindən kənarda olan rayonlarda belə, internet problemi var” - Distant təhsilə əngəl 4 Aprel 2020, 12:18 Polis karantin qaydalarını pozan 3 obyekt aşkarladı 4 Aprel 2020, 12:10 Koronavirus tələb edir: Əkinə yararlı torpaqlardan səmərəli istifadə olunsun 4 Aprel 2020, 12:06 106 yaşlı kişi koronavirusdan sağaldı 4 Aprel 2020, 11:55