Modern.az

Suriya ordusu Türkiyənin 4 müşahidə postunu mühasirəyə alıb

Suriya ordusu Türkiyənin 4 müşahidə postunu mühasirəyə alıb

Dünya

12 Fevral 2020, 14:18

Suriya ordusu Türkiyəyə məxsus 4 müşahidə postunu və 2 hərbi mövqeyini mühasirəyə alıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Hulusi Akar açıqlama verib.

 

O, İdlib vilayətindəki 12 müşahidə postundan heç birini tərk etmək niyyətində olmadığını əlavə edib. Həmçinin, Əsəd qüvvələrinin hücumuna ən sərt şəkildə cavab veriləcəyini əlavə edib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan son günlər Suriyada 14 türk hərbçisinin şəhid olduğunu söyləyib. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır