Arxiv
12 Fevral 2020, 18:47 | ÖLKƏ
Nizami Bəhmənovun oğlu həbs olundu - RƏSMİ

Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi sabiq icra başçısının oğlunun keçmiş həyat yoldaşını öldürməyə cəhd göstərməsi hadisəsi ilə bağlı məlumat yayıb. 

 

Modern.az-a  daxil olan birgə məlumatda bildirilir ki, fevralın 1-də saat 12 radələrində paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 57 saylı evin qarşısında 1981-ci il təvəllüdlü Şuşa şəhər sakini Bəhmənov Ceyhun Nizami oğlunun keçmiş arvadı 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızına bıçaqla çoxsaylı xəsarət yetirməsi faktı ilə əlaqədar Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq C.Bəhmənov iş üzrə şübhəli şəxs qismində saxlanılmaqla müdafiəçinin iştirakı ilə dindirilib.

 

Fevralın 3-də C.Bəhmənov iş üzrə Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddə ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə hadisə yerinə baxış keçirilərək maddi subutlar götürülübş, çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Aparılmış istintaqla C.Bəhmənovun Dilarə Bəhmənovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən onun əməli Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə (qəsdən adam öldürməyə cəhd) tövsif edilməklə cinayət işi aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Yasamal rayon prokurorluğuna göndərilib.

D.Bəhmənovanın sağlamlıq vəziyyəti ağır qiymətləndirilməklə xəstəxanada stasionar şəraitdə müalicəsi davam etdirilir.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bəzi universitetlər tələbələrlə bağlı özbaşına qərar çıxarıb” - ETİRAZ 29 mart 2020, 18:27 Dövlət Komitəsi Bərdədə arvadını öldürən ərin işini nəzarətə götürdü 29 mart 2020, 18:19 Koronavirusdan ölənlərin sayı 32 mini keçdi 29 mart 2020, 17:47 İspaniyada daha 546 şəxs virusdan öldü - Hökumət karantin rejimini sərtləşdirdi 29 mart 2020, 17:37 Azərbaycanda daha 27 şəxsdə koronavirus AŞKARLANDI 29 mart 2020, 17:22 Bakıda bəzi yeraltı keçidlərdə hərəkət məhdudlaşdırılıb 29 mart 2020, 17:15 Bibiheybət yolu bağlandı 29 mart 2020, 17:08 “Parisdə küçəyə hər dəfə çıxanda polisə izahat veririk” - Azərbaycanlı yazıçı 29 mart 2020, 17:02 Generallar Elçin Quliyev və Kəmaləddin Heydərov karantin bölgəsində - FOTOLAR 29 mart 2020, 16:57 Köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur 29 mart 2020, 16:53 Komitə sədri Milli Məclisin videokonfransından DANIŞDI 29 mart 2020, 16:40 Polşadan gəlib Lerikdə karantinə alınan diaspor rəhbəri: “Hələlik test olunmamışıq” 29 mart 2020, 16:34 Bakının havası təmizlənib 29 mart 2020, 16:21 Biz birlikdə qalib gələcəyik 29 mart 2020, 16:18 Elə bilin ki, həbsdəyik, dözməliyik  – HAFİZ HACIYEVLƏ  #evdəqal SÖHBƏTİ 29 mart 2020, 16:01 “Azərsu” 8600 əməkdaşını məzuniyyətə GÖNDƏRDİ 29 mart 2020, 15:57 Yasamal İH-nin təşəbbüsü ilə #evdəqal videosu hazırlanıb 29 mart 2020, 15:52 İmmun sisteminizi gücləndirmək üçün bu həbləri için - Professordan MƏSLƏHƏT 29 mart 2020, 15:46 Nazirlik prokurorluğa müraciət etdi 29 mart 2020, 15:45 Bu imtahanlar da təxirə salındı 29 mart 2020, 15:35 “Koronavirus haqqında” Qanuna ehtiyac yoxdur – Komitə sədri 29 mart 2020, 15:32 Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir - FOTO 29 mart 2020, 15:27 Bakıda 25 yaşlı gənci maşınla vuraraq öldürən sürücü SAXLANILDI 29 mart 2020, 15:21 Birinci ledi virusa qalib gəldi 29 mart 2020, 15:18 WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur 29 mart 2020, 15:18 Koronavirus 11 aylıq körpəni öldürdü 29 mart 2020, 15:12 Azərbaycanda icra başçısının müavini koronavirusa yoluxdu 29 mart 2020, 15:09 Qızıl Aypara Cəmiyyətindən koronaviriusla bağlı nümunəvi ADDIM 29 mart 2020, 15:05 Prezident Şəfiqə Məmmədovaya orden verdi 29 mart 2020, 15:00 Naxçıvanda koronavirus  yoxdur - Rəsmi AÇIQLAMA 29 mart 2020, 14:53 Evdə bu əşyaları daha çox  təmiz saxlayın 29 mart 2020, 14:46 Koronavirusdan ölənlərin sayı 31 mini ötdü 29 mart 2020, 14:39 Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi 29 mart 2020, 14:32 Dövlət Avtomobil Nəqliyyat Xidmətindən sürücülərə MÜRACİƏT 29 mart 2020, 14:31 Moskvada koronaviruslu xəstələrin sayı 1000-i keçdi 29 mart 2020, 14:30